Türkiyənin neft idxalı azalıb
Türkiyənin cəmi neft və neft məhsulları idxalı keçən ilin noyabr ayında 2021-ci ilin eyni ayı ilə müqayisədə 7,4% azalaraq 3 milyon 967 min 559 ton olub.
Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun ötən ilin noyabr ayı üzrə “Neft Bazarı Sektoru Hesabatı”na görə, Türkiyənin ümumi neft idxalında ən böyük hissəni təşkil edən xam neft idxalı 11,6% azalaraq 2 milyon 633 min 417 ton təşkil edib.
Marja xəbər verir ki, bu dövrdə dizel növlərinin idxalı 3% azalaraq 919 min 97 tona düşüb. İdxalın qalan hissəsini aviasiya və gəmi yanacağı, benzin və mazut növləri və digər məhsullar təşkil edib.
Belə ki, cəmi idxal ötən ilin noyabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 7,4% azalaraq 3 milyon 967 min 559 ton olub.
Xam neft və neft məhsullarının ən çox idxalı 2 milyon 516 min ton ilə Rusiyadan, 500 min 908 ton ilə İraqdan və 266 min 713 ton ilə Qazaxıstandan olub.
Digər tərəfdən, benzin satışı keçən ilin noyabr ayında bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 10,3% azalaraq 253 min 921 ton, dizel satışı isə 9,5% azalaraq 2 milyon 46 min 988 ton olub.
Cəmi neft məhsulları satışı 8% azalaraq 2 milyon 449 min 71 ton təşkil edib.**
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 30 d. əvvəl
-
46 d. əvvəl
Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq
-
- 49 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Bakıda avtobuslarda təqaüdçü və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər
-
1 saat əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
-
1 saat əvvəl
Quru yollar əhali üçün 1 yanvar 2026-cı il tarixinədək bağlı qalacaq - QƏRAR
-
1 saat əvvəl
"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

"AYNA-nın əlində daşıyıcıları tənbeh eləmək mexanizmi yoxdur, ancaq "brutto müqavilə" bu boşluğu dolduracaq"

Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb

AYNA: Avtobusları gecə saat 00:00-a qədər işləyə bilər

“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir

"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"

“Sarı metal”ın qiyməti 3700 dolların üzərində möhkəmlənə bilsə, bahalaşma daha kəskin xarakter ala bilər"
Ən çox oxunanlar

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
