Azərbaycanda da biznesi olan Türkiyə şirkətinin Baş direktoru dəyişir
Türkiyənin "Coca Cola İçecek" şirkəti, Karim Yahinin 1 sentyabr 2023-cü il tarixindən etibarən şirkətin Baş Direktoru (CEO) vəzifəsinə təyin edildiyini açıqlayıb.
Marja şirkətin açıqlamasına istinadən xəbər verir ki, hazırkı baş direktor Burak Başarır 1 sentyabr 2023-cü ilə qədər vəzifəsini davam etdirəcək və bu tarixdən etibarən Karim Yahi baş direktor vəzifəsini icra edəcək.
Eyni tarixdən etibarən, Başarır, "AG Anadolu Holding A.Ş" (Anadolu Qrupu) şirkətinin İdarə Heyətinin sədr müavini kimi yeni vəzifəsinə başlayacaq.
Qeyd edək ki, Coca-Cola məhsullarının Azərbaycanda istehsalçısı Türkiyənin "Coca-Cola İçecek" şirkəti tərəfindən təsis edilən “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-dir.
CCI (Coca-Cola İçecek) - Türkiyə, Pakistan, Qazaxıstan, İraq, Özbəkistan, Azərbaycan, Qırğızıstan, İordaniya, Tacikistan, Türkmənistan və Suriyada 10.000-ə yaxın işçisi olan şirkətdir. The Coca-Cola Company brendlərindən ibarət olan qazlı və qazsız içkilərin istehsalı, satışı və paylanması ilə məşğul olan CCI, Coca-Cola sistemində ən mühüm şirkətlərdən biridir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
15 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























