Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tam dayandırıb
“Biz səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Xələf Xələfov bildirib ki, müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb:
“Amma tam dayanıb. Orada 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı səfirlikdə qalacaq, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər".
Azərbaycanın Təbrizdəki Baş Konsulluğu fəaliyyətini davam etdirəcək
Xələf Xələfov deyib: “Əlbəttə bizim Təbrizdə Baş Konsulluğumuz var. Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur.”
Xələf Xələfov bildirib ki, eyni zamanda nəzərə alaq ki, bizim bir çox vətəndaşlarımız İrandadır: “Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”.
Qeyd edək ki, Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.
İranın Azərbaycandakı səfirliyinin fəaliyyətinə aydınlıq gətirilib
Xarici işlər nazirinin müavini İranın ölkəmizdəki səfirliyinin fəaliyyətini davam etdirib-etdirməyəcəyinə aydınlıq gətirib.
Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, beynəlxalq münasibətlərdə hər bir ölkə öz davranışına görə qiymətləndirilir:
“Biz Azərbaycanda diplomatik missiyaların qorunması və təhlükəsizlik məsələsində nümunəvi dövlətlərdən biriyik. Bundan sonra da Azərbaycana münasibətdə baş verən təhdidlərə baxmayaraq, Azərbaycan qəbul etdiyi diplomatik missiyaların təhlükəsizliyini təmin etməyə davam edəcək. Səfirliyin bizim ölkəmizdə fəaliyyətini dayandırması barədə hər hansı məlumat verilməyib”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 17 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















