"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 2,4 dəfə artıb
"Azərbaycan Sənaye Bankı" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Azərbaycan Sənaye Bankı" 2022-ci ili 5 milyon 286 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 2 milyon 229 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 3 milyon 57 min manat və ya 2,4 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
2022-ci ildə "Azərbaycan Sənaye Bankı" ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 35 milyon 611 min manat təşkil edib. 2021-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 32 milyon 821 min manat təşkil etmişdi.
2022-ci ildə "Azərbaycan Sənaye Bankı" ASC-nin cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 30 milyon 368 min manat təşkil eedib. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 29 milyon 981 min manat təşkil etmişdi.
2021-ci ildə "Azərbaycan Sənaye Bankı"nın əməliyyat mənfəəti 2 milyon 831 min manat ikən, 2022-ci ildə 5 milyon 173 min manat təşkil edib.
BANK KİÇİLİB
31 dekabr 2022-ci il tarixində "Azərbaycan Sənaye Bankı" ASC 747 milyon 621 min manat cəmi aktivlərə, o cümlədən 241 milyon 596 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank 2021-ci ilin sonunda 812 milyon 561 min manat cəmi aktivlərə, o cümlədən 243 milyon 593 min manat kredit portfelinə malik idi.
"Azərbaycan Sənaye Bankı"nın digər banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitləri 467 milyon 295 min manatdan 403 milyon 758 min manata geriləyib.
DEPOZİTLƏR AZALIB
2021-ci ilin sonunda "Azərbaycan Sənaye Bankı" ASC-də depozitlər 514 milyon 382 min manat ikən, 31 dekabr 2022-ci il tarixində 449 milyon 675 min manat təşkil edib. Depozitlərin azalması Bankın aktivlərinin azalmasına səbəb olub.
31 dekabr 2022-ci il tarixində "Azərbaycan Sənaye Bankı" 104 milyon 654 min manat məcmu kapitala malik olub. Bank 2021-ci ilin sonunda 100 milyon 551 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
5 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
6 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
6 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
6 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)












