İstanbul Hava Limanı metrosu işə düşdü - 24 dəqiqəyə çatmaq mümkün olacaq
Türkiyənin ən böyük şəhəri olan İstanbulda Kağıthane - İstanbul Hava Limanı metrosunun açılış mərasimi keçirilib.
Marja xəbər verir ki, açılış tədbirində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, "Gündəlik 800 min nəfər sərnişin daşımaq gücündə olan bu metro xətti sayəsində Kağıthane-dən İstanbul Hava Limanına 24 dəqiqəyə çatmaq mümkün olacaq" deyib. O, metronun 1 ay pulsuz xidmət göstərəcəyini açıqlayıb.
Sürətli qatarın rahatlığı ilə işləyəcək bu metro xəttinin siqnalizasiyasını Aselsan şirkəti TÜBİTAK ilə birgə həyata keçirib.
Kağıthane - İstanbul Hava Limanı xəttində qatarlar 120 km/saat sürət ilə hərəkət edəcəklər.
İstanbul Hava Limanından başlayaraq Halkalı-ya enəcək metro xəttində də işlər sürətlə davam edir.
Xəttin Kağıthane - Gayrettepe hissəsi isə 3 ay sonra istifadəyə veriləcək.
Kağıthane - İstanbul Hava Limanı metro xətti Mecidiyeköy-Mahmutbey metro xətti ilə inteqrasiya olunub.
Bütün layihələr tamamlandıqdan sonra İstanbulun relsli sistem şəbəkəsi 380 kilometrə çatacaq.
"İstanbulun nəqliyyat problemini relsli sistemlərlə həll edəcəyimizə dair verdiyimiz sözü addım-addım yerinə yetiririk", - Ərdoğan bildirib.
Dövlətin xəzinəsindən bir qəpik də xərclənmədən inşa edilən İstanbul Hava Limanı Avropanın ən işlək hava limanları arasında birinci, dünyanın ən yaxşı hava limanları arasındadır.
Qeyd edək ki, ötən ilin 5 oktyabr tarixində Pendik - Sabiha Gökçen Hava Limanı metro xətti istifadəyə verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 17 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























