Ötən il "PAŞA Bank"ın aktivləri 2 milyard manatdan çox artıb, 150 milyon manata yaxın xalis mənfəət əldə edib

"PAŞA Bank" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, PAŞA Bank 2022-ci ili 149 milyon 394 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 90 milyon 180 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, PAŞA Bankın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 65,7% və ya 59 milyon 214 min manat artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından və mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırmanın azalmasından qaynaqlanır.
Xatırladaq ki, PAŞA Bank 2020-ci ili 84 milyon 252 min manat xalis mənfəət ilə bağlamışdı, Bankın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 7 % və ya 5 milyon 928 min manat artmışdı.
2022-ci ildə PAŞA Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 497 milyon 974 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 27,5% və ya 107 milyon 552 min manat çoxdur. 2021-ci ildə Bankın əməliyyat gəlirləri 390 milyon 422 min manat təşkil etmişdi.
2022-ci ildə PAŞA Bankın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 283 milyon 919 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 24,2 % və ya 55 milyon 393 min manat çoxdur. 2021-ci ildə Bankın əməliyyat xərcləri 228 milyon 526 min manat təşkil etmişdi.
PAŞA Bankın faiz gəlirləri 2021-ci illə müqayisədə 2022-ci ildə 19,1% aratarq 312 milyon 340 min manat, qeyri-faiz gəlirləri isə 44,7% artaraq 185 milyon 634 min manat təşkil edib.
Ötən il PAŞA Bankın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən Bankın 212 milyon 808 min manat əməliyyat mənfəəti olub. 2021-ci ildə Bankın əməliyyat mənfəəti 161 milyon 896 min manat təşkil etmişdi. Beləliklə, PAŞA Bankın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 50 milyon 912 min manat və ya 31,4% artıb.
2022-ci ildə PAŞA Bankın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 14 milyon 159 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 2,8 dəfə azdır. Bank 2021-ci ildə mümkün zərərlər üçün yaradılan ehtiyatlara 38 milyon 950 min manat ayırmışdı.
2022-ci ildə PAŞA Bank mənfəət vergisindən əvvəlki 198 milyon 649 min manat mənfəətindən 49 milyon 255 min manat mənfəət vergisi ödəyib. Bank 2021-ci ildə mənfəət vergisindən əvvəlki 122 milyon 947 min manat mənfəətindən 32 milyon 767 min manat mənfəət vergisi ödəmişdi.
PAŞA Bankın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 32,9% və ya 2 milyard 111 milyon 433 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 8 milyard 519 milyon 814 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 6 milyard 408 milyon 381 min manat cəmi aktivlərə malik idi.
30 sentyabr 2022-ci il tarixində isə PAŞA Bankın cəmi aktivləri 7 milyard 606 milyon 15 min manata çatmışdı. Ötən ilin 4-cü rübündə PAŞA Bankın cəmi aktivləri 1 milyard 197 milyon 634 min manat artıb.
PAŞA Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 7,2% və ya 182 milyon 486 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 2 milyard 728 milyon 64 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 2 milyard 545 milyon 578 min manata çatmışdı.
PAŞA Bankın depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 39,3% və ya 1 milyard 974 milyon 892 min manat artaraq 31 Dekabr 2022-ci il tarixində 7 milyard 4 milyon 319 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 5 milyard 29 milyon 427 min manat cəmi depozitlərə malik idi.
31 dekabr 2022-ci il tarixində 550 milyon 710 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 423 milyon 260 min manat məcmu kapitala malik idi. PAŞA Bankın məcmu kapitalı 2021-ci illə müqayisədə 2022-ci ildə 127 milyon 450 min manat və ya 30,1% artıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
