2022-ci ildə xaricilər arasında Dubayda ən çox daşınmaz əmlakı ruslar alıb
Ötən il Dubayda mənzil alqı-satqısı üzrə 86 mindən çox əməliyyat qeydə alınıb.Ruslar 2022-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində ən çox daşınmaz əmlak alıcısına çevrilib.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi "Bloomberg" agentliyi Dubayda yerləşən "Betterhomes" broker şirkətinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Ukraynadakı münaqişə fonunda rusların daşınmaz əmlak almağa marağı artıb. Şirkətin məlumatına görə, ötən il Dubayda mənzil alqı-satqısı üzrə 86 mindən çox əməliyyat qeydə alınıb ki, bu da 2009-cu ildə qeydə alınan 80 min əməliyyat rekordundan çoxdur. Ümumilikdə, BƏƏ-nin ən böyük şəhərində (Dubay) 2022-ci ildə təxminən 208 milyard dirhəm (56,6 milyard dollar) məbləğində daşınmaz əmlak satılıb ki, bu da 2021-ci illə müqayisədə təxminən 80% çoxdur.
Dubayda daşınmaz əmlakın ilk beş alıcısında ruslardan sonra ikinci yerdə britaniyalılar, üçüncü yerdə hindlilər, dördüncü yerdə italyanlar, beşinci yerdə isə fransızlar qərarlaşıb.
Bloomberg-in məlumatına görə, Çindən daşınmaz əmlak alıcıları Çin hakimiyyətinin yürütdüyü koronavirusla mübarizədə sərt siyasətə görə ilk beşlikdən kənarda qalıb.
“Dubay, çox güman ki, əməliyyatların sabitliyini təmin etmək üçün yeni sakinlər və investorlar cəlb etməyə davam edəcək”, - "Betterhomes" şirkətinin idarəedici direktoru Riçard Uaynd bildirib.
Agentliyin məlumatına görə, daşınmaz əmlak sektoru Dubay əmirliyi iqtisadiyyatının üçdə birindən çoxunu təşkil edir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 6 d. əvvəl
-
10 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
24 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 47 d. əvvəl
- 50 d. əvvəl
-
50 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"





















