Türkiyənin geyim istehsalçıları daha yüksək məzənnə tələb edir - "DOLLAR 23 LİRƏ OLSUN"
Türkiyənin geyim istehsalçıları sektor üçün ideal Dollar/Türk Lirəsi məzənnənin 23 lirə və Avro/Türk Lirəsi məzənnəsinin isə 24 lirə olduğunu bildirirlər.Türkiyənin geyim sənayesi rəqabətədavamlı qalmaq və ixtisarların qarşısını almaq üçün xüsusi və daha yüksək məzənnələr tələb edir.
Marja.az xəbər verir ki, sənaye nümayəndələri keçən ay ölkənin Xəzinə və Maliyyə Naziri Nurəddin Nəbati ilə görüşərək ixrac gəlirlərini lirəyə çevirərkən daha sərfəli məzənnə tələblərini çatdırıblar.
Mövzu ilə bağlı Bloomberg-ə açıqlama verən Türkiyə Geyim İstehsalçıları Birliyinin sədri Ramazan Kaya, “Hazırkı məzənnə xərclərimizi ödəmək üçün sərf etmir. İxracımızın 70 faizi Avropaya olduğu üçün oradakı tələbatın azaldığını da nəzərə almaq lazımdır. Biz bu məzənnələr ilə rəqabət aparmaq şansını əldən veririk”,- deyib.
Kayanın sözlərinə görə, pərakəndə və alış-veriş mərkəzləri daxil edildikdə 2 milyona yaxın işçinin çalışdığı sektor bu il təxminən 100 min işçini ixtisar etməli ola bilər.
Kaya sektor üçün ideal məzənnələrin Dollar/Türk Lirəsi üzrə 23 lirə və Avro/Türk Lirəsi üzrə isə 24 lirə ola biləcəyini və xüsusi məzənnənin 9 aya qədər müvəqqəti müddət üçün tətbiq oluna biləcəyini deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
53 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























