Hindistan dünyada üçüncü ən böyük avtomobil bazarı olub
Hindistan ilk dəfə Yaponiyanı keçərək Çin və ABŞ-dan sonra dünyanın üçüncü ən böyük avtomobil bazarına çevrilib.
Marja xəbər verir ki, bu barədə Hindistan Avtomobil İstehsalçıları Cəmiyyəti (SIAM) məlumat yayıb.
SIAM-a görə, 2022-ci ildə Hindistanda minik avtomobilləri və kommersiya avtomobilləri də daxil olmaqla 4,25 milyon ədəd avtomobil satılıb.
Cənubi Asiya respublikasında avtomobil satışlarının artımı təmin edilməmiş tələbatın ödənilməsi və avtomobil istehsalçıları tərəfindən istehsalın artırılması hesabına əldə edilib.
Çində avtomobil satışları 2022-ci ildə 1,7% artaraq 26,75 milyon ədədə, ABŞ-da isə illik müqayisədə 7,8% azalaraq 13,89 milyon ədədə çatıb. Yaponiya nəşri Nikkei tərəfindən dərc edilən ilkin məlumatlara görə, Yaponiyada avtomobil satışları ötən il 2021-ci ilə nisbətən 5,6% azalaraq 4,2 milyon ədədə düşüb.
2021-ci ildə Çin 26,27 milyon avtomobil satışı ilə qlobal bazara liderlik edib, onun ardınca ABŞ (15,4 milyon) və Yaponiya (4,44 milyon) yer tutublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
7 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib





















