Ukrayna külək enerjisi istehsalının 90 faizini itirib
Ukraynanın Energetika Nazirliyi ölkədə külək enerjisi istehsalının 90 faizinin itirildiyini təsdiqləyib.
Bu barədə məlumatı Ukrayna energetika naziri German Qaluşenko bildirib.
O həmçinin qeyd edib ki, ölkə günəş enerjisi istehsalının da 40 faizə qədərini itirib.
"Hazırda qarşımızda dayanan əsas vəzifə payız-qış mövsümünü başa vurmaqdır. Bununla belə, istilik elektrik stansiyalarından əldə olunan enerjinin üzərinə düşən yük il boyu qalacaq. Biz külək enerjisi istehsalının təxminən 90 faizini, günəş enerjisi istehsalının isə 40 faizini itirmişik”, - nazir bildirib.
Xatırladaq ki, ötən ilin dekabrında Ukrayna hökuməti ölkənin enerji infrastrukturunun 50 faizinin məhv edildiyini bildirmişdi. Həmçinin Ukraynanın Baş naziri Denis Şmıqal bəyan etmişdi ki, bütün İES, SES və yüksək gərginlikli şəbəkə obyektlərinin 40 faizi müxtəlif dərəcədə zədələndiyi üçün qış fəsli boyunca ölkədə elektrik enerjisi istehlakına məhdudiyyətlər qalacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























