Səlim Müslümov istintaqda verdiyi ifadələri təsdiq edib
334 nəfər şahid qismində tanınıb.Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasa bir şahid gəlib.
Prosesdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət şöbəsində məsləhətçi işləmiş Anar Bayramov ifadə verib. Şahid məhkəmədəki ifadəsində bir neçə rayonda yoxlamalar keçirdiyini, aşkar olunmuş nöqsanlar barədə işlədiyi şöbəsinin rəis müavini Nizami Xanlarova məlumat verdiyini deyib.
Anar Bayramov işində nöqsan aşkar olunmuş şəxslərdən rüşvət alınması ilə bağlı epizod üzrə danışmayıb.
Bundan sonra hakim Faiq Qəniyev sərbəst ifadə vermək üçün Səlim Müslümova söz verib.
Sabiq nazir geniş ifadə vermək istəməyib. O, konkret olaraq ibtidai istintaq dövründə verdiyi bütün ifadələri təsdiq etdiyini deyib.
Məhkəmədə iş üzrə şahid qismində tanınmış 334 nəfərdən 70 faizinin dindirildiyi elan olunub.
Müdafiə tərəfi dindirilmiş şahidlərin kifayət etdiyini, digərlərinin əvvəlki ifadələrinin elan olunmuş hesab olunmasını istəyiblər.
Prosesin davamında sədrlik edən hakim qeyd edib ki, cinayət işində adı keçən bəzi şirkətlər iş görən zaman mənimsəmə hallarına yol veriblər.
Bununla bağlı istintaq orqanı tərəfindən ayrıca iş açılıb. Həmin istintaq zamanı bu günə qədər dövlətə dəymiş ziyanın 1 milyon 500 min manat təşkil edən hissəsi ödənilib. Bundan əlavə, "Göyqurşağı" MMM tərəfindən aparılan işlər zamanı dövlətə dəymiş 1 milyon 577 min manatın da ödənildiyi elan olunub.
Hakim istintaqın yekunlaşdırılması istiqamətində fikirlərini bildirmək üçün dövlət ittihamçısına söz verib.
Prokuror məhkəmədən vaxt istəyib.
Hakim dövlət ittihamçısı və müdafiə tərəfinə son təkliflərini hazırlamaq üçün vaxt verib.
Tərəflər hazır olarsa, proses dekabrın 30-da davam etdiriləcək.
Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.
Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
İbtidai istintaq dövründə cinayət işi üzrə dövlətə dəymiş 27 milyon manat ziyanının 20 milyonunu ödənib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
- 5 d. əvvəl
-
16 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
33 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib






























