Birjalarda son vəziyyət
Ötən həftə ABŞ Federal Ehtiyyatlar Sistemi, Avropa və İngiltərə Mərkəzi Bankları və İsveçrə Milli Bankının faiz artımlarından sonra dollar dünya birjalarında major valyutalar qarşısında bahalaşıb.
Faiz artımlarından sonra birja iştirakçılarının diqqətləri mərkəzi bankların monetar siyasətin gələcəyi ilə bağlı planlarına yönəlib. Bu səbəbdən də rəsmilərin pul-kredit siyasətinin yol xəritəsinə dair verəcəkləri mesajlar birjlarda gələcək tendensiyaları formalaşdıra bilər.
103.50 səviyyəsindən dəstək alan dollar indeksi (DXY) hazırda 104 bənd hədlərinin üzərində möhkəmlənməyə çalışır. “Buğa”lar buna müəssər olsa və DXY-ı 106 bənd həddinin üzərinə qaytara bilsələr, artım tendensiyası 110 və 113 bənd hədlərinə qədər davam edə bilər.
Bu həftənin cümə axşamı Amerikada dərc olunacaq ÜDM göstəriciləri artımla açıqlanarsa, dolların dünya birjalarında qiymətlərinə dəstək ola bilər.
EUR
Mərkəzi bankların faiz qərarları fonunda 1.07$ hədlərinə qədər bahalaşan EUR/USD cütlüyü FED sədri Jerom Pavelin sərt monetar siyasətin davam etdiriləcəyinə dair mesajlarından sonra yenidən 1.06$ səviyyəsinin altına düşüb. Təhlillərə əsasən dollar indeksi 106 bənd həddinin üzərində möhkəmlənə bilsə, EUR/USD və GBP/USD cütlüklərində eniş tendensiyası daha da güclənə bilər.
Bu həftə Almaniyada “İFO” Biznes Aktivliyi İndeksi kimi vacib iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq.
GBP
Bu həftə İngiltərədə açıqlanacaq iqtisadi inkişaf səviyyəsinə dair rəqəmlər GBP/USD cütlüyündə trendin gələcək taleyinə dair bir çox suallara aydınlıq gətirə bilər.
TRY
Son 3 ayda üfüqi tendensiya sərgiləyən USD/TRY məzənnəsi 18.65TL həddi üzərində möhkəmlənərsə, lirə dollar qarşısında 19TL-yə kimi ucuzlaşa bilər. Cümə axşamı Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı USD/TRY cütlüyündə tendensiyanın gedişinə ciddi təsir edə bilər.
GOLD
FED sədri Jerom Pavelin sərt monetar siyasətin davam etdiriləcəyinə dair mesajlarından sonra dolların bahalaşacağına dair yaranan ehtimallar fonunda qızıl həftəni 1792$-da tamamladı. Dollar indeksində artım tendensiyası davam edərsə və 1790$ həddindəki dəstək səviyyəsi qırılarsa, qiymətli metalın bir unsiya üzrə dəyəri 1739$ və 1720$-a kimi ucuzlaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























