Bakı Avrasiya Universitetindən 2 milyon manatdan çox mənfəət
Bakı Avrasiya Universiteti 2021-ci ili 2 milyon 59 min manat mənfəət ilə başa vurub.
Marja.az xəbər verir ki, ötən il Bakı Avrasiya Universitetinin əsas əməliyyyat gəlirləri 3 milyon 477 min manat, əmlakın icarəyə verilməsindən gəlirlər 541 min manat, digər gəlirlər 723 min manat olmaqla cəmi gəlirləri 4 milyon 741 min manat təşkil edib.
2021-ci ildə Bakı Avrasiya Universitetinun cəmi xərcləri 2 milyon 682 min manat olub.
Gəlirlər xərcləri üstələdiyindən Universitet ötən ili 2 milyon 59 min manat mənfəət ilə bağlayıb.
Bakı Avrasiya Universiteti 1992-ci il aprelin 30-da fəlsəfə elmləri doktoru, professor Nazim Ziyad oğlu Hüseynli tərəfindən Ali Diplomatiya Kolleci adı ilə təsis edilmişdir. Təhsil müəssisəsi 2005-ci il 30 iyun tarixədək Ali Diplomatiya Kolleci adı ilə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi rəyi əsasında Azərbaycan hökumətinin qərarı ilə təhsil müəssisəsinin adı 2005-ci il 30 iyun tarixindən dəyişdirilərək Bakı Diplomatiya Universiteti adlandırılmışdır.
2006-cı il 26 may tarixindən etibarən təhsil müəssisəsinin adı yenidən dəyişdirilərək Bakı Avrasiya Universiteti adı altında dövlət qeydiyyatından keçmişdir.
Bakı Avrasiya Universitetinə ali təhsil müəssisələri fəaliyyətini həyata keçirmək üçün müddətdiz xüsusi lisenziya verilmişdir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb














.jpg)






