Balıqçı nazirliyin qayığını yandırıb, əməkdaşlarına xəsarətlər yetirib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına zor tədbiq edilməsi faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib.20 sentyabr 2022-ci il tarixdə Mingəçevir şəhəri ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsində su hövzələrində bioloji müxtəlifliyin qorunmasına nəzarət qrupunun baş mütəxəssis yegeri vəzifəsində işləyən Bəhruz Mustafayevə və nazirliyin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsində matros vəzifəsində işləyən Toğrul Rəhimliyə qarşı zor tətbiq olunması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılmışdır.
Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, istintaqla müəyyən edilmişdir ki, Mingəçevir şəhər sakini Şaban Məmmədov qeyd edilən tarixdə “Kür” çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qanunsuz balıq ovu etmək məqsədilə quraşdırdırdığı balıq torlarına qayıqla nəzarət edərkən Bəhruz Mustafayev və Toğrul Rəhimli xidməti istifadələrində olan qayıqla yaxınlaşaraq ona qanunvericiliyin tələbini izah etməklə, barəsində inzibati protokol tərtib ediləcəyini nəzərinə çatdırdıqda Şaban Məmmədov qayıqda olan benzin məhlulunu götürüb nazirliyin balansında olan qayıqa töküb alışqanla yandırmış, nəticədə Bəhruz Mustafayev və Toğrul Rəhimli müxtəlif dərəcəli yanıq xəsarətləri almışlar.
Şaban Məmmədov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























