Azərbaycanda 7 bankın xüsusi ehtiyatlara ayırmaları artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu ilin yanvar-sentyabr aylarındakı xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar “Turan Bank”, “Zıraat Bank Azərbaycan”, “Azərbaycan Beynəlxalq Bankı”, “Xalq Bank” və “Unibank” ASC-lər, eləcə də “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lərdir. Ən yüksək dinamika “Access Bank”da (13 dəfə), ən aşağı dinamika isə “Yapı Kredi Bank Azərbaycan”da (32,7%) qeydə alınıb.
6 bankın – “Kapital Bank”, “Bank Avrasiya”, “Günay Bank”, “Rabitəbank”, “Naxçıvan Bank” və “PAŞA Bank” ASC-lərin isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma “PAŞA Bank”da (88%), ən az azalma isə “Kapital Bank”da (28,8%) qeydə alınıb.
4 bankın – “AFB Bank”, “Bank of Baku” və “Bank VTB Azərbaycan” ASC-lərin, eləcə də Pakistan Milli Bankının Bakı filialının xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti artıb. Ən yüksək dinamika Pakistan bankında (2,5 dəfə), ən aşağı dinamika isə “Bank VTB Azərbaycan”da (64,7%) qeydə alınıb. 2 bankın - “Bank Respublika” və “Yelo Bank”ın isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti müvafiq olaraq 66,1% və 81,9% azalıb.
4 bank – “Muğan Bank”, “Bank BTB”, “Azər-Türk Bank”, “Premium Bank” ASC-lər bu ilin yanvar-sentyabr aylarında xüsusi ehtiyatlara vəsait ayırıb, ötən ilin eyni dövründə qənaət edib, 3 bank – “Express Bank” və “Azərbaycan Sənaye Bankı” ASC-lər, İran Milli Bankının Bakı filialı isə bu ilin 9 ayında xüsusi ehtiyatlar üzrə qənaət edib, ötən ilin eyni dövründə vəsait ayırıb. Odur ki, bu bankların xüsusi ehtiyatlar üzrə ayırmalarının / qənaətinin dinamikasını hesablamaq mümkün olmayıb.
4 bankın 9 aylıq xüsusi ehtiyatlara ayırmaları 10 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-u bu ilin yanvar-sentyabr aylarında xüsusi ehtiyatlara vəsait ayırmayıb.
Bunlar “Express Bank”, “Azərbaycan Sənaye Bankı”, “Bank Respublika”, “Yelo Bank”, “AFB Bank”, “Bank VTB Azərbaycan” və “Bank of Baku” ASC-lər, eləcə də Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır.
Başqa sözlə, bu banklar xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici “Bank of Baku”da (11,884 milyon manat), ən aşağı göstərici isə Pakistan bankında (30 min manat) qeydə alınıb.
Qalan 17 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Onlardan 4-də bu göstərici 10 milyon manatdan çoxdur. Həmin banklar “Kapital Bank” (71,816 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (32,72 milyon manat), “Unibank” (18,565 milyon manat) və “Muğan Bank” (13,565 milyon manat) ASC-lərdir.
Qalan 13 bankdan 11-də xüsusi ehtiyatlara ayırmaların məbləği 1-10 milyon manat arasında, 4 bankda isə 1 milyon manatdan azdır.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
13 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
13 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
13 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb










.jpg)











