Dollar ucuzlaşmağa davam edir
FED-in uçot dərəcəsinin artırılmasını yavaşladacağı gözləntiləri ilə dollar ucuzlaşmağa davam edir.Ticarət məlumatlarına görə, cümə axşamı günortadan sonra dollar əsas dünya valyutaları qarşısında ucuzlaşmaqda davam edir.
Marja xəbər verir ki, investorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz artımı sürətinin yavaşlayacağını gözləyirlər.
Bakı vaxtı ilə saat 16:30 olan məlumata görə, Avro/Dollar məzənnəsi əvvəlki bağlanış 1,0423 dollardan 1,0454 dollara yüksəlib (Avro bahalaşıb, Dollar ucuzlaşıb).
Dollar/yen məzənnəsi 138,03 yendən 136,23 yenə düşüb.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan 6 ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,38% azalaraq 105,54 bənd təşkil edib.
Bazarlar FED-in rəhbəri Cerom Pauelin çərşənbə günü baş tutan çıxışını qiymətləndirir. Pauell, mərkəzi bankın faizin artırılmasını yavaşlatmağı "riskləri tarazlaşdırmaq üçün yaxşı bir yol" olaraq gördüyünü söyləyib.
CME Group-un məlumatına görə, hazırda analitiklərin 79%-dən çoxu FED-in faizlərini 75 baza bəndi deyil, 50 baza bəndi artıraraq illik 4,25-4,5% aralığına qaldıracağını gözləyirlər. Yəni, FED-in faiz artırmağı yavaşladacağı proqnozlaşdırılır. Bundan əvvəl FED, ardıcıl 4 dəfə faizlərini 75 baza bəndi artırmışdı.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
39 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 42 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























