MEDİA Agentliyi ilə Azərbaycan Dillər Universiteti arasında görüş keçirilib
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla arasında görüş keçirilib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, görüş zamanı Əhməd İsmayılov tədris prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi və yeni media mühitinin tələblərinə cavab verən kadr potensialının artırılmasının önəmini vurğulayıb, ali təhsil müəssisələri ilə media sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla media sahəsində islahatlar prosesinin geniş vüsət aldığını qeyd edərək əməkdaşlığın jurnalist kadrların yetişdirilməsi istiqamətində faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib, qarşılıqlı inkişaf perspektivləri barədə fikirlərini diqqətə çatdırıb.
Universitetin tələbə və müəllim heyətinin iştirak etdiyi görüşdə Medianın İnkişafı Agentliyinin Layihələr şöbəsinin müdiri Ləman İsgəndərova “MEDİA Lab” layihəsinin təqdimatını edib, layihənin təşkili mexanizmləri müzakirə olunub.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
25 d. əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
-
- 32 d. əvvəl
- 42 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
3 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
4 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
4 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycanda daha bir aqropark yaradılıb
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)
.jpg)
















