Azərbaycan və Hindistan arasında siyasi məsləhətləşmələr keçirilib
28 noyabr 2022-ci il tarixində Yeni Dehlidə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Hindistan Respublikası Xarici İşlər Nazirliyi arasında 5-ci ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.
XİN-in Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə Katibi (xarici işlər nazirinin müavini) Sancay Verma rəhbərlik edib.
Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, hökumətlərarası komissiyanın işi, siyasi, iqtisadi, ticarət, mədəniyyət, təhsil və s. istiqamətlər üzrə, habelə BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Nazir müavini Elnur Məmmədov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlıq gündəliyinin formalaşdığını və münasibətlərin inkişafı üçün potensialın mövcud olduğunu bildirib. Nazir müavini, həmçinin qarşı tərəfi post-münaqişə dövründə bölgədə yaranan yeni reallıqlar, Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın sülh gündəliyinin irəli aparılması, kommunikasiyaların açılması istiqamətində fəaliyyəti barədə məlumatlandırıb. Bu xüsusda, Ermənistan tərəfindən törədilən təxribatların bölgədə sülh və əmin-amanlığın təmin edilməsinə təhdid törətdiyi diqqətə çatdırılıb.
Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
8 saat əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
9 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
11 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
11 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
12 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
























