Rusiya şirkəti "Ford Transit"i əvəz edəcək yüngül kommersiya avtomobillərinin istehsalına başladı
Rusiya "Sollers Auto" şirkəti 2 yeni yüngül kommersiya avtomobilinin istehsalına başlayıb.
Rusiyanın “Sollers” avtomobil şirkəti Tatarıstan Respublikasının "Alabuqa" xüsusi iqtisadi zonasının ərazisində öz brendi altında “Atlant” və “Argo” yüngül kommersiya avtomobillərinin (LCV - light commercial vehicle) iki yeni modelinin kütləvi istehsalına başlayıb.
Marja.az xəbər verir ki, tədbirdə Rusiya Federasiyasının Baş nazirinin müavini, Sənaye və ticarət naziri Denis Manturov və respublikanın rəhbəri Rüstəm Minnixanov iştirak ediblər.
“Sollers” şirkətinin yüngül kommersiya avtomobilləri bazarında əhəmiyyətli bir paya sahib olmaq üçün iddialı planları var.
“Sollers” yüngül kommersiya avtomobilləri Rusiya bazarını tərk edən "Ford Transit"i əvəz edəcək. İlk yeni LCV-lərin satışı bu ilin dekabrında başlayacaq,
Ümumi çəkisi 2,5 tondan 4,2 tona qədər olan "Atlant" modelinin avtomobilləri 139 at gücündə və ya 150 at gücündə Avro 5 dizel mühərriki ilə təchiz edilir.
“Arqo” şəhərdaxili daşımalar üçün nəzərdə tutulmuş kompakt avtomobilidir. Avtomobilin ümumi çəkisi 2,5 tondan 3,5 tona qədərdir, 130 at gücündə dizel və ya 147 at gücündə benzin mühərriki ilə təchiz olunur.
"Sollers" şirkəti Vladivostok, Alabuqa və Ulyanovskdakı zavodları idarə edir. Xarici tərəfdaşları getdikdən sonra "Sollers" istehsalı müstəqil şəkildə inkişaf etdirməyi planlaşdırır. Beləliklə, birgə müəssisədəki Ford konserninin 49%-lik payı satın alınıb. Eyni zamanda, Ford beş il ərzində səhmləri geri almaq hüququnu özündə saxlayır. Rusiya istehsalçısı "Mazda Motor"un Vladivostokdakı birgə müəssisədəki payını da alıb. "Sollers Auto" şirkəti 2023-cü ildə Vladivostokda avtomobil zavodunu yenidən işə salmağı və yeni model xəttinin istehsalına başlamağı planlaşdırır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
52 d. əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
-
1 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
2 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
3 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
3 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
3 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
