“Azəriqaz” loqotipini dəyişib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) yeni loqotipi yaradılıb.
İB-nin yaydığı məlumata görə, “Azəriqaz”ın loqotipi şirkətin əsas fəaliyyət istiqamətini – ölkənin təbii qazla təminatçısı olduğunu bildirən korporativ elementdir. Loqotipdə təqdim olunan element qaz plitəsində yanan alov dilini əks etdirir. Onun göy rəngdə olması çatdırılan məhsulun (təbii qazın) “mavi yanacaq” olduğunu, habelə, məhsulun saflığını, təmizliyini və yüksək keyfiyyətini bildirir. Seçilmiş əsas elementin alt hissəsində kiçik hərflərlə brendin adı təsvir olunub.
“Ölkə ərazisində təbii qazın paylanması və satışını həyata keçirən “Azəriqaz” İB müştərilərə xidmət səviyyəsini yüksəltmək, kommunikasiyanı səmərəliləşdirmək üçün əlaqə vasitələrini inkişaf etdirməkdə davam edir. “Azəriqaz” İB xüsusi ilə əhali kateqoriyasından olan müştərilərlə davamlı və çoxşaxəli məlumat mübadiləsinə olan ehtiyacını nəzərə alaraq, son illərdə özünə aid müxtəlif kommunikasiya vasitələrini tətbiq edib. “Azəriqaz”ın özünə aid kommunikasiya vasitələrindən istifadə etməsi sayəsində əhalidən gələn müraciətlər ünvanlı şəkildə daxil olur, buna görə də onların icrası qısa müddətdə aidiyyəti əməkdaşlara tapşırılır. Bununla da, daxil olan müraciətlərin daha operativ işlənilməsi, yaranan problemlərin daha tez həll edilməsi üçün şərait yaradılıb”, - deyə qurumdan bildirilib.
Qeyd edilib ki, “ASAN Xidmət” mərkəzlərində müştərilərinə 17 növdə xidmət göstərən İB, bu ildən etibarən “ASAN Kommunal” mərkəzlərində də fəaliyyətə başlayıb. Yalnız “ASAN Kommunal” və “ASAN Xidmət” mərkəzlərinin vasitəsi ilə, cari ilin ilk yarısında, ümumilikdə, 57 883 müştəri “Azəriqaz” İB-nin xidmətlərindən faydalanıb. Bununla yanaşı, müştərilərlə əlaqələrin gücləndirilməsi, onlara məlumatların operativ çatdırılması məqsədilə www.azeriqaz.az saytı, eyni zamanda, Birliyin Facebook səhifəsi də fəaliyyətini davam etdirir.
Beləliklə, "Azəriqaz" İB-nin özünəməxsus əlaqə vasitələrinin geniş tətbiq olunması nəticəsində həmin əlaqə vasitələrinin xüsusi loqotip və üslubla rəmzləşdirilməsinə zərurət yaranıb.
Bildirilib ki, “Azəriqaz”ın kommunikasiyasını fərqləndirəcək loqotipin yaradılması da daxil olmaqla, korporativ üslubun tərtib olunması bu istiqamətdə atılan ilk addımlardandır. Qeyd edilib ki, vahid korporativ üslub “Azəriqaz”ın hazırkı mövcud strukturuna müvafiq tətbiq olunacaq, heç bir struktur dəyişikliyinə səbəb olmayacaq.
“Müştəri məmnuniyyətini daim ön planda tutan "Azəriqaz" istehlakçılara göstərilən xidmətin keyfiyyətinin artırılması, abonentlərin fasiləsiz, keyfiyyətli təbii qazla təmin olunmaları məqsədilə bundan sonra da müştərilərlə əlaqə vasitələrini inkişaf etdirməyə davam edəcək”, - deyə məlumatda qeyd olunub.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
12 d. əvvəl
"İnanılmaz dərəcədə böyük məbləğlər xaricə ötürülür, qarşısı alınmalıdır"
-
15 d. əvvəl
Dövlət Vergi Xidməti: 4 ayda 6 milyard manatdan çox vergi yığmışıq
-
39 d. əvvəl
“AzInTelecom” GITEX AI 2026 qlobal müzakirələrində – Fotolar
-
1 saat əvvəl
Bu il yeni nominalda əskinasın dövriyyəyə buraxılması gözlənilmir
-
1 saat əvvəl
Mərkəzi Bank NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsinə münasibət bildirib
-
1 saat əvvəl
Kazımov: "Son 2 ayda Mərkəzi Bank tərəfindən valyuta hərracları keçirilməyib"
-
1 saat əvvəl
Simonyan Bakıya getməyə hazır olduğunu deyib, Sahibə Qafarovanı isə Ermənistana dəvət edib
-
1 saat əvvəl
“AzerGold” və Esvatini Krallığı iqtisadi əməkdaşlıq imkanlarını müzakirə ediblər
-
2 saat əvvəl
Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
“AzInTelecom” GITEX AI 2026 qlobal müzakirələrində – Fotolar
Ən çox oxunanlar
Mərkəzi Bank: Lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırılır
PAŞA Bank “ZirvədəSən” təcrübə proqramı üzrə qeydiyyata başladı
Expressbankın dəstəyilə VI Autizm Festivalı baş tutub
Mayın 7-də gözlənilən hava şəraiti






.jpg)





.jpg)









