Bu ilin 10 ayı ərzində Orta dəhlizlə konteynerlə yükdaşımalar 45 faiz artıb
Türkiyənin İstanbul şəhərində keçirilən 17-ci “Logitrans-2022” Beynəlxalq Nəqliyyat və Logistika sərgisi çərçivəsində “Orta Dəhlizin İnkişafı: Tranzit və Nəqliyyat Əməkdaşlığı” üzrə panel sessiyası təşkil edilib. "Yeni imkanlar üfüqündə” mövzusunda təşkil edilən toplantıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun keçdiyi ölkələrin dəmir yolu idarələrinin nümayəndələri iştirak ediblər.
Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvlərindən biri olan “ADY Konteyner” MMC -nin direktoru Natiq Cəfərov Orta dəhlizlə daşımaların dinamikasını əks etdirən təqdimatla çıxış edib.
Bildirilib ki, bu ilin 10 ayı ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteynerlərlə yükdaşımalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 fazi artıb. Yeni geosiyasi vəziyyətdə ölkəmizin Çin-Avropa və əks istiqamətdə nəqliyyat bağlantısının gücləndirilməsində rolunun artdığı, bu marşrut üzrə yüklərin daşınması prosesində davamlılığın təmin olunmasında əsas iştirakçılardan birinə çevrildiyi diqqətə çatdırılıb.
Marşrutun imkanlarının genişləndirilməsi müzakirə edilib. Çin-Avropa-Çin marşrutunun Xəzər dənizindən keçən hissəsində nəqliyyat bağlantısının gücləndirilməsi məqsədilə təşkil edilən fider xidmətlərinin önəmi vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























