Azərbaycan mütəxəssisləri mühasibatlıq dünyasının Oskarı sayılan mükafat ilə təltif olunublar
Ənənəvi olaraq hər il olduğu kimi bu il də 05-09 noyabr 2022-ci il tarixində London şəhərində ICB/ICFM Global (Böyük Britaniyanın nüfuzlu və peşəkar mühasib təşkilatı - Sertifikatlı Maliyyə Menecerləri İnstitutu) tərəfindən Avropanın və MDB-nin beynəlxalq peşəkar mühasibat təşkilatlarının, aparıcı şirkətlərinin nümayəndələrinin, mühasibat, vergi, investisiya, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssislərinin, mühasib, maliyyə menecerlərinin iştirakı ilə növbəti Beynəlxalq sammit keçirilib. Bu tədbir 2023-cü ildə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında (MHBS) tətbiq olunan dəyişikliklərin müzakirəsinə, maliyyə, daxili nəzarət, mühasibatlıq sahəsində yeni məlumatların əldə edilməsinə həsr olunduğu üçün mühüm əhəmiyyət kəsb edib.
Tədbirdə ICB/ICFM-in Azərbaycan nümayəndələri- Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) üzvləri iştirak ediblər.
APFM-nin yaydığı məlumatda bildirilir ki, sammit çərçivəsində mühasib və maliyyəçi peşəsinin, eləcə də iqtisadiyyatın inkişafına töhfə verən, mühasiblərin nüfuzunun yüksəldilməsində rolu olan şirkətlər və maliyyəçilərə 13-cü Beynəlxalq LUCA mükafatının təqdimat mərasimi keçirilib. Mühasibatlıq dünyasının Oskarı sayılan bu mükafat Luca Paciolinin şərəfinə təsis edilmiş və maliyyə sahəsinin yüksək nailiyyətlərini tanıdan nüfuzlu mükafat sayılır.
"Böyük qürur hissi ilə bildiririk ki, hər zaman mühasib peşəsinin inkişafına verdikləri töhfələri ilə zirvədə olan APFM üzvləri (ölkənin nüfuzlu təşkilatlarının – Azərbaycan Respublikası Dövlət Neft Fondu, SOCAR, Azərenerji ASC, Azərişıq ASC, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”, Aztelekom MMC və digər qurumların maliyyə sahəsində çalışan mütəxəssisləri) də bu tədbirdə Azərbaycanı təmsil edərək müxtəlif nominasiyalar üzrə "LUCA 2022" mükafatı ilə təltif olunublar. Mükafatlar rəsmi ziyafətdə Sertifikatlaşmış Maliyyə Menecerləri Institutunun İcraçı direktoru Garry Carter tərəfindən təqdim olunub", - APFM-nin məlumatında bildirilir .
“Best Tutor” (İlin Təlimçisi)
Rauf Rzayev-APFM
“For Contribution to the Development of Financial Profession” (Maliyyə peşəsinin inkişafina verdiyi töhfəyə görə)
Sevinc Lütfəliyeva - Azərbaycan Respublikası Dövlət Neft Fondu
Rəşad Əsgərov- SOCAR
Namiq Orucov -Azərişıq ASC
Best Company / Best Enterprise (İlin şirkəti)
Azərenerji ASC
Azərişıq ASC
Best Financial Director (İlin Maliyyə Direktoru)
Namiq Orucov - Azərişıq ASC
“Best Financial Manager in public procurement” (Dövlət satınalmaları üzrə İlin Maliyyə Meneceri)
İdrak Ələkbərov- Azərişıq ASC
Best Financial Manager (İlin Maliyyə Meneceri)
Kəmaləddin Quliyev- Aztelekom MMC
Best Financier (İlin Maliyyəçi)
Rasim Həsənov- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
08 noyabr 2022-ci il tarixində isə Sammit çərçivəsində ICB/ICFM Global nümayəndələri üçün Böyük Britaniyanın parlamentində səhər yeməyi təşkil olunub və Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edib. Görüşdə Lord Palatasının üzvü John Randall çıxış edərək Sammitin müxtəlif ölkələrdən olan maliyyə mütəxəssislərinin bir araya gəlməsində və beynəlxalq təcrübə əldə etməsində rolunu yüksək qiymətləndirdi və əhəmiyyətini bir daha vurğulayıb. O, hər bir ölkənin nümayəndələri, eləcə də Azərbaycan nümayəndə heyətinin üzvləri ilə ayrılıqda müzakirələr aparıb. Həmin gün Böyük Qələbə sevincini yaşayan qalib ölkənin nümayəndələri adından John Randalla Xarı Bülbül simvolu hədiyyə edildi və böyük qurur hissi bütün iştirakçılara onun tarixçəsi, Qarabağ həqiqətləri izah olunub.
Sammit çərçivəsində həmçinin beynəlxalq mühasibat təşkilatlarının nümayəndələri ilə görüşlər keçirildi, mühasib və maliyyə menecerlərinin, maliyyə mütəxəssislərinin peşəkar inkişafı üzrə beynəlxalq əməkdaşlıq istiqamətləri müzakirə olunub.
"Bu gün APFM üzvlərinin beynəlxalq tədbirlərdə iştirak etməsi, mükafatlar alması, ölkəmizi yüksək səviyyədə təmsil etməsi- təcrübəli mütəxəssislərimizin dünya miqyasında tanınmasına, onların beynəlxalq səviyyədə hazırlanması istiqamətində aparılan işlərin uğurla davam etdirilməsinə böyük bir töhfədir",- məlumatda qeyd olunub.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə




















