Fındıq bağlarında xəstəlik aşkarlandı
Bu ilin yaz aylarında hava şəraitinin qeyri-sabit keçməsi, nisbi rütubətin çoxluğu və intensiv yağan yağışlar nəticəsində Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında unlu şeh xəstəliyinin inkişaf etməsinə əlverişli şərait yaranıb.
Kənd Təsərrüfatı Nazirliyiyanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən verilən məlumata görə, bununla bağlı yerli qurumlarının əməkdaşlarının fermerlərə verdiyi tövsiyələr əsasında, bu günə qədər unlu şeh xəstəliyinə qarşı 465 hektar, fındıq uzunburun böcəyinə qarşı isə 231 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Kimyəvi mübarizə zamanı kükürd, tiovit-djet və topaz fungisidlərindən istifadə olunub.
Qeyd edək ki, unlu şeh xəstəliyini “Phyllactinia guttata” göbələyi törədir. Göbələk bitkilərin yarpaqlarını zədələyir və una oxşar örtük əmələ gətirir. Örtük yarpağın alt səthində əvvəlcə zəif, sonra isə sıx olur. Xəstəlik bitkilərin birillik budaqlarını daha çox zədələyir. Unlu şeh xəstəliyinə tutulmuş yarpaqlar saralıb quruyur və vaxtsız tökülür. Xəstəliyə tutulmuş bitkilərin yarpaqlarında maddələr mübadiləsi pozulur, bitkinin inkişafı zəifləyir, məhsuldarlığı aşağı düşür və keyfiyyəti pisləşir.
Unlu şeh xəstəliyinə qarşı əsas mübarizəni təşkil etmək üçün ilk növbədə yerə tökülmüş yarpaqları yığaraq məhv etməli, bitkilərin vegetasiya dövründə xəstəliyə qarşı 1%-li kolloid kükürdün suspenziyası və ya 1%-li əhəng kükürd həlimi ilə 2-3 dəfə çiləmə aparılmalıdır. Birinci çiləmə xəstəliyin yenicə əmələ gəlmə dövründə, ikinci və üçüncü çiləmələr isə hər 12-15 gündən bir təkrarlanmalıdır. Bundan başqa, xəstəliyə qarşı tiovit djet (3-8 kq /ha), topaz (0,4 l/ha), kvadris (0,4-0.6 l/ha), almaz (0,3-0,5 l/ ha) və fundazol (1.0 kq/ha) fungisidlərinin birindən istifadə etmək lazımdır.
Qeyd edək ki, Dövlət Fitosanitar Nəzarəti Xidməti hava şəraitinin əlverişli olduğunu nəzərə alaraq, fermerlər tərəfindən fındıq bağlarında unlu şeh xəstəliyinə qarşı mübarizə tədbirlərinin davam etdirilməsini məqsədəuyğun hesab edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
12 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)







.jpg)






