Azərbaycanda ilk dəfə olaraq regional startap mərkəzləri yaradılır
5 region üzrə yüzlərlə gəncə innovativ ideyaları real biznesə çevirməyin yol xəritəsi izah ediləcək və onlara startapların qurulması istiqamətində yeni imkanlar yaradılacaq.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yerli ekosistemin tanınmış oyunçularından olan “SUP.VC” Akselerasiya Mərkəzi ilə əməkdaşlıq haqqında razılığa gəlib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, regionlarda yaşayan təşəbbüskar gənclərin potensiallarını qiymətləndirmək, onların sahibkarlıq təfəkkürünü daha da inkişaf etdirmək baxımından ölkənin 5 regionunda maarifləndirmə və mentorluq tədbirləri təşkil olunacaq. Layihəyə əsasən Gəncə, Lənkəran, Şəki, Zaqatala və Mingəçevir şəhərlərində 500-dən çox gənc üçün təqdimat görüşləri təşkil olunacaq, ekosistemin tanınmış üzvlərinin iştirakı ilə panel müzakirələri, innovativ sahibkarlığa dair seminarlar keçiriləcək.
Proqram gənclər, tələbələr, vaxtilə startap qurmuş ekosistemin sabit üzvləri və təlimçilər üçün nəzərdə tutulub.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya ekosisteminin quruculuğu departamentinin rəhbəri Leyla Hacıyeva sözügedən əməkdaşlıqla bağlı bildirib:
“SUP. VC” ilə birgə əməkdaşlığa çox şadıq. Çünki bu, startap ekosisteminin oyunçularının ümumi potensialının gücləndirilməsinə dəstək vermək öhdəliyimizlə üst-üstə düşür. Geniş miqyasda baxsaq, hər bir gənc rəqəmsal savadlılıq, sahibkarlıq haqqında təcrübəyə əsaslanan biliklərə sahib olarsa, öz ideyasının biznesə dönüşməsinin planlamasını daha düzgün və uğurlu qura bilər. Dövlət-özəl sektor tərəfdaşlığına daha bir nümunə olaraq biz, “SUP.VC” ilə birgə öz təcrübəmizdən, şəbəkəmizdən və resurslarımızdan istifadə etməklə layihənin uğurla həyata keçirilməsi üçün səylərimizi birləşdirəcəyik”.
“SUP.VC”-nin direktoru Rəşad Eyvazov bildirib:
“Layihə çərçivəsində yüzlərlə gənc öz innovativ ideyalarını necə biznesə çevirməyi, həmçinin startap qurmağı öyrənəcək. Bu fürsət region gəncləri üçün bir ilkdir və sevinirik ki, regional startap mərkəzlərinin qurulmasına nail olduq. Biz bu mərkəzlərdə peşəkar təlimçilərin yetişdirilməsini də qarşımıza hədəf qoymuşuq. Təlimçilər yeni iştirakçılara mentorluq proqramları keçərək onlara startap icmasının üzvü olmağa dəstək göstərəcəklər. Ən iddialı və istedadlı gənclər, təbii ki, gələcəkdə pre-inkubasiya və tam inkubasiya proqramlarında iştirak etməklə irəliyə doğru vacib addımlar atacaqlar’’.
Qeyd edək ki, layihə çərçivəsində cari ilin sonunda bölgələrdən olan gənclər üçün Gəncə şəhərində “İdeaton” adlı tədbir təşkil olunacaq. Tədbirin qalibləri “SUP.VC”-nin inkubasiya və akselerasiya mərkəzlərində səriştəlilik proqramlarında iştirak hüququ qazanacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)









