"Bir abunəçiyə 4 manata yaxın xərc düşür" - NAZİRLİKDƏN QİYMƏTİN ARTIRILMASI İLƏ BAĞLI AÇIQLAMA
Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı və şəhərlərarası telefon danışıq tarifləri yenilənib. Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılıb, şəhərlərarası telefon danışıqları üzrə tarifin 5 qəpikdən 3 qəpiyə endirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycanda sözügedən xidmətlərlə bağlı mövcud tariflər 02.12.2013-cü il tarixində qüvvəyə minib və sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manat təşkil edib. Xidmət operatorlarının məlumatlarına əsasən hazırda bir abunəçiyə düşən xərc ƏDV daxil olmaqla 3,96 manat səviyyəsindədir.
Məlumatda deyilir:
"Dünya təcrübəsinə nəzər saldıqda əhali üçün sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının Ukraynada 9,5 manat, Rusiyada 12,7 manat, Türkiyədə 15,3 manat olduğunu görmək olar. Həmçinin Azərbaycan telekommunikasiya bazarında, ümumilikdə 10 milyondan çox müştəri bazasına sahib olan mobil operatorlar üzrə aylıq orta abunə haqqı 10 manatdan 18 manata qədər dəyişir, 1 dəqiqə şəbəkədaxili danışıq üçün tarif isə 2 qəpikdən 9 qəpiyə qədərdir.
Onu da qeyd edək ki, dünyada baş verən tendensiyalara uyğun olaraq, internet vasitəsi ilə əlaqələrin artması fonunda beynəlxalq giriş və çıxış telefon trafikinin həcmi ildən-ilə aşağı düşür ki, bu da öz növbəsində rabitə sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinə mənfi təsir edir.
Ölkədə həm sabit şəbəkə abunəçilərinə keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi, həm də mövcud ADSL (Asimmetrik rəqəmsal abunəçi xətti) telekommunikasiya avadanlıqlarının müasir GPON (Gigabit tutumlu passiv optik şəbəkə) və digər genişzolaqlı texnologiyalar ilə əvəz edilməsi məqsədilə kapital qoyuluşu nəzərdə tutulur. Bu layihənin 2021 – 2024-cü illər ərzində reallaşdırılması nəticəsində ölkə ərazisinin tamamilə genişzolaqlı şəbəkə ilə təchiz edilməsi sürətli internet və keyfiyyətli danışıq xidməti ilə bərabər, həm də digər xidmətləri paket şəklində təqdim etməyə imkan yaradacaq.
Yeni tariflərin tətbiqi mövcud tariflərin maya dəyərinə mərhələli şəkildə uyğunlaşdırılmasına, təsərrüfat subyektlərinin investisiya qoyuluşu imkanlarının genişlənməsinə, beynəlxalq və şəhərlərarası trafik mübadiləsindən gəlirlərin azalmasının kompensasiyasına imkan verəcək.
Qeyd olunanları nəzərə alaraq rabitə xidmətlərinin keyfiyyətinin artırılması, işçilərin əmək şəraitinin yaxşılaşdırılması və investisiya imkanlarının yaradılması məqsədilə sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı və şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinə yenidən baxılmasına zərurət yaranıb. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 26 oktyabr 2022-ci il tarixli iclasında sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılması, şəhərlərarası telefon danışıqları üzrə tarifin 5 qəpikdən 3 qəpiyə endirilməsi məqsədəuyğun hesab edilib.
Qərar 1 noyabr 2022-ci il tarixindən qüvvəyə minir",- məlumatda deyilir..
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 49 d. əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
9 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)



.jpg)






