Xalq Bankın xalis mənfəəti kəskin artıb
2022-ci ilin 9 ayının yekunlarına əsasən, ölkənin ən böyük özəl banklarından biri olan ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirmiş, aktivlərini ilin əvvəli ilə müqayisədə 259,8 milyon manat (11.1%) artıraraq 2 milyard 599,2 milyon manata çatdırmışdır.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank 2022-ci ilin III rübünü 19,93 milyon manat xalis mənfəətlə başa vurmuşdur ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 5,68 milyon manat (39.9%) daha çoxdur.
Hesabat dövrünün sonuna Bankın cəmi kapitalı 466,3 milyon manat təşkil etmişdir.
Ötən 9 aylıq dövr ərzində Bankın kredit portfelinin həcmi 184,8 milyon manat (13.02%) artaraq 1 milyard 603.9 milyon manat, depozit portfelinin həcmi isə 235,3 milyon manat (15,25%) artaraq 1 milyard 778,55 milyon manat təşkil etmişdir.
Xalq Bank aktivlərinin və kredit portfelinin həcminə görə ölkənin üç ən böyük özəl banklarından biri olmaqla bank sektorunda öz mövqeyini qoruyub saxlamaqdadır.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 20 d. əvvəl
- 53 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 3 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu








.jpg)











