Qlobal qurumlar neft qiymətləri ilə bağlı proqnozlarını artırır
Buna səbəb OPEC plusun dqnən qəbul etdiyi qərardır.OPEC+ dünən Vyanada keçirilən toplantısında pandemiyadan sonra ən böyük hasilatın azaldılması barədə qərar qəbul edib. Bu qərardan sonra Goldman Sachs-dan Morgan Stanley-ə qədər bir çox qurum neft qiymətləri ilə bağlı proqnozlarını yuxarıya doğru dəyişib.
Marja.az xəbər verir ki, OPEC+ Nazirlər Komitəsinin iclasında hasilatın gündəlik 2 milyon barel azaldılması qərara alınıb. Bu, OPEC+ın 2020-ci ildən bəri ən böyük hasilatı azaltmasıdır. Qərardan sonra bəzi qurumlar da neft bazarı ilə bağlı proqnozlarını yeniləyiblər.
Morgan Stanley-in analitikləri Brent markalı neftin qiymətinin proqnozlardan daha tez 100 dollar/barelə yüksələcəyini gözləyirlər. Bank 2023-cü ilin ilk üç ayı üçün Brent markalı neftin qiyməti proqnozunu 5 dollar artımla 100 dollara çatdırıb. Növbəti 3 rüb üçün proqnoz dəyişməyib.
Goldman Sachs proqnozunu 110 dollara qaldırıb
Goldman Sachs-ın Enerji analitiki Damien Courvalin Bloomberg TV-yə deyib ki, “təchizat tərəfində hazırda bütün proseslər ilin sonuna doğru qiymətlərin yüksələcəyinə işarə edir”, - deyib. Bank Brent markalı neft üçün son rüb proqnozunu 100 dollardan 110 dollara qaldırıb.
UBS Group-un analitikləri neft qiymətlərinin daha da artacağını və qarşıdakı rüblərdə 100 dolları keçəcəyini proqnozlaşdırırlar. OPEC plusun qərarı, Avropanın Rusiyadan qaz idxalına qadağa qoyması ehtimalı kimi amillərin qiymətləri artıracağı qeyd edilir.
ING Group-un əmtəə üzrə strateqi Uorren Peterson OPEC-in bu addımının gələn il balansları əhəmiyyətli dərəcədə dəyişəcəyini bildirib. Ekspert gələn il Brent markalı neftin qiymətinin 97 dollar olacağını proqnozlaşdırıb. O, ABŞ-ın strateji neft ehtiyatlardan daha çox satış edə biləcəyini, lakin onun təsirinin məhdud olacağını söyləyib.
Citigroup-un analitikləri “Hasilatın azaldılması kağız üzərində böyük və effektiv olaraq ixtisar daha az olacaq, çünki OPEC onsuz da öz kvotalarına çata bilir. İqtisadi fəaliyyətə zərər verərsə və neftə tələbat daha da azalarsa, plan əks nəticə verə bilər” deyib.
SPI Asset Management yaxın bir neçə rübdə Brent markalı neftin 100 dolları keçəcəyi ilə bağlı proqnozunu paylaşıb.
Brent markalı neftin qiyməti bu gün 94 dolları keçib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 30 d. əvvəl
- 30 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Əmanətlərin sığortalanması faizi yeni metodologiya ilə təsdiq ediləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Maya dəyəri 4–5 dollar olan telefonlar mağazalarda 60–70 manata təklif olunur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılmasına dəstək verəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızıl və gümüş kəskin ucuzlaşıb
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
Yeni Mercedes-Benz S-Class təqdim edildi - FOTO/VİDEO
Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb
Rəsmi məzənnələr açıqlanıb
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir
Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb



















