Beynəlxalq Bankın kreditorlarına rədd cavabı verildi
Nyu-Yorkda yerləşən ABŞ-ın Müflisləşmə Məhkəməsi bu gün keçirilən iclasda Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiyası planından narazı olan kreditorların irəli sürdüyü iddianı rədd edib.
“Wall Street Journal” nəşrinin verdiyi xəbərə görə, məhkəməyə sədrlik edən hakim Ceyms Harriti bəyan edib ki, kreditorlar tərəfindən qaldırılan məsələlər ABŞ-ın fundamental prinsiplərin pozulması kimi dəyərləndirilə bilməz.
ABB-nin vəkili Tomas Makrayt məhkəmədə çıxışı zamanı bildirib ki, məhkəməyə ABŞ və Avropa kreditorları müraciət edib:
”Bankın onlara ümumilikdə 220 mln. dollar borcu var. Bu isə ümumi restrukturizasiya olunan öhdəliyin 10%-nə bərabərdir. Həmin vəsait “Fidelity Management & Research Co.”, “Franklin Templeton Investment Management Ltd.”, “Promeritum Investment Management LLP” və “VR Global Partners LP” şirkətləri tərəfindən idarə olunur. Bankın ən iri kreditoru “Cargill Financial Services International Inc.” şirkətidir. ABB-nin həmin şirkət qarşısında 715 mln. dollar məbləğində öhdəliyi var. Şirkət restrukturizasiya planını dəstəkləyir”.
HYUNDAİ CRETA – 2017 İSTEHSALI, 4X4 və MÜNASİB QİYMƏT İLƏ
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 35 d. əvvəl
- 52 d. əvvəl
-
54 d. əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ SƏHMLƏR
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq
Rəsmi məzənnələr açıqlandı
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qızılın qiyməti 5250 dollara yaxınlaşdı -YENİ REKORD
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi



















