Qaz kəmərlərinin 3 xəttində eyni gündə eyni vaxtda görünməmiş hadisə baş verib - AVROPADA QAZ BAHALAŞIR
Çərşənbə axşamı ticarət zamanı Avropada təbii qazın qiyməti 12% bahalaşaraq 1000 kubmetr üçün təxminən 1950 dollara yaxınlaşıb.
Marja.az London Fond Birjasına (İCE) istinadən xəbər verir ki, oktyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1938 dollara yüksəlib (və ya MVt/saat üçün 194,745 avro).
Bir gün əvvəl Nord Stream AG şirkəti “Şimal axını 1” qaz kəmərinin hər iki xəttində təzyiqin düşməsi barədə məlumat vermişdi, hadisənin səbəbləri araşdırılır.
Eyni zamanda təzyiqin kəskin aşağı düşməsi ilə bağlı oxşar problem digər ixrac qaz kəməri – “Şimal axını 2”də də baş vermişdir. Hadisə Danimarkanın Bornholm adasının cənub-şərqində yerləşən iqtisadi zonada (EEZ) gecə saatlarında baş verib. Daha sonra Danimarka Dəniz İdarəsi Bornholm yaxınlığında "Şimal axını 1" və "Şimal axını 2"nin çəkildiyi ərazilərdə qaz sızması olduğunu bildirib.
“Nord Stream AG” bildirib ki, “Şimal axını 1” və “Şimal axını 2” dəniz qaz kəmərlərinin üç xəttində eyni gündə eyni vaxtda baş vermiş sızmalar görünməmiş hadisədir və bərpa müddətini hələlik hesablamaq mümkün deyil.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin istismarında yaranan fasilələrin təxribatın nəticəsi ola biləcəyini istisna etməyib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 47 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu























