Britaniya bankları funt-sterlinqin kəskin ucuzlaşmasından sonra ipoteka əməliyyatlarını dayandırıb
Maliyyə Nazirliyi rəhbərinin əlavə vergi endirimləri ilə bağlı açıqlamasından sonra maliyyə qurumları şərtlərə yenidən baxmağa qərar veribBöyük Britaniyanın ən böyük bankları funt sterlinqin sürətlə ucuzlaşması fonunda yeni müştərilərə ipoteka krediti təklifini müvəqqəti olaraq dayandırıblar.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı BBC məlumat yayıb.
Çərşənbə axşamı günü sabit faizli kreditlərin verilməsini dayandıracağını ilk elan edən qurum "Halifax" olub. "Virgin Money" və "Skipton Building Societ" nümayəndələrinin bildirdiyinə görə, bazarda qeyri-sabit vəziyyətə görə yeni müştərilərlə ipoteka əməliyyatları dayandırılır. Onların elanında deyilir ki, "banklar funt sterlinq rekord həddə düşdükdən sonra inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini artıracaqlar".
Maliyyə Nazirliyinin rəhbəri Kvazi Kvartenqin əlavə vergi endirimləri ilə bağlı verdiyi açıqlamadan sonra maliyyə qurumları kredit şərtlərinə yenidən baxmaq qərarına gəliblər. Trinity Financial-dan Aaron Strutun sözlərinə görə, "nazirin vergi endirimləri ilə bağlı açıqlaması ipoteka bazarında böhrana səbəb olur".
HƏMÇİNİN OXU: Avro və funt sterlinq rekord aşağı səviyyələrə düşdü
İngiltərə Mərkəzi Bankının nümayəndələri noyabrın 3-də keçiriləcək iclasda bu addımların tam qiymətləndirilməsini aparacaqlarına söz veriblər.
Sentyabrın 23-də Böyük Britaniyanın maliyyə naziri gəlir vergisinin maksimal dərəcəsinin 45%-dən 40%-ə endirilməsi barədə məlumat verib. Belə bir qərar inflyasiyanın daha da artımasına gətirib çıxara bilər. Ölkədə inflyasiya son 40 ilin maksimal dəyəri olan 9,9% səviyyəsindədir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 48 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu

























