İlk 6 ayda Azərbaycandan 1,7 milyard dollarlıq qeyri neft-qaz məhsulları ixrac edilib
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 170 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 114 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 30 milyard 653,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 23 milyard 159,4 milyon dollarını və ya 75,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 7 milyard 493,8 milyon dollarını (24,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 15 milyard 665,6 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 71,7 faiz, real ifadədə isə 7,2 faiz artmışdır. İxrac real ifadədə 12,3 faiz artmış, idxal isə 2,3 faiz azalmışdır.
2022-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 24,2 faiz, real ifadədə 11,4 faiz artaraq 1milyard 682,0 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 36,8 faizi İtaliya, 11,2 faizi Türkiyə, 6,2 faizi Rusiya, 3,9 faizi Hindistan, 3,8 faizi Çin, 3,5 faizi İsrail, 3,0 faizi Birləşmiş Krallıq, 2,2 faizi Yunanıstan, 2,0 faizi Almaniya, hər biri 1,7 faiz olmaqla Çexiya və Xorvatiya, hər biri 1,6 faiz olmaqla Gürcüstan, İspaniya və Ukrayna, 1,5 faizi Portuqaliya, hər biri 1,2 faiz olmaqla İsveçrə və Qazaxıstan, hər biri 1,1 faiz olmaqla Tunis və ABŞ, 13,1 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 48,3 faizini İtaliyaya, 9,6 faizini Türkiyəyə, 4,7 faizini Hindistana, 4,6 faizini İsrailə, 3,4 faizini Birləşmiş Krallığa, 2,9 faizini Yunanıstana, 2,2 faizini Xorvatiyaya, hər biri 2,1 faiz olmaqla Çexiya və Rusiyaya, hər biri 1,9 faiz olmaqla İspaniya və Portuqaliyaya, 1,8 faizini Gürcüstana, hər biri 1,5 faiz olmaqla İsveçrə və Ukraynaya, 1,4 faizini Tunisə, 1,2 faizini Almaniyaya, 1,1 faizini Vyetnama, hər biri 1,0 faiz olmaqla Tailand və Rumıniyaya, 5,8 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (27,5 faiz), Türkiyəyə (27,5 faiz), Gürcüstana (6,4 faiz), İsveçrəyə (6,0 faiz), ABŞ-a (3,5 faiz), İtaliyaya (2,4 faiz), Niderlanda (2,0 faiz), Qazaxıstana (1,9 faiz), Rumıniyaya (1,9 faiz), Hindistana (1,8 faiz), Özbəkistana (1,4 faiz), Belarusa (1,2 faiz), Çinə (1,2 faiz), Braziliyaya (1,2 faiz), Ukraynaya (1,1 faiz), İsveçə (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,7 faizi Rusiya, 16,2 faizi Türkiyə, 14,9 faizi Çin, 4,4 faizi Almaniya, 4,2 faizi Qazaxıstan, 3,5 faizi İran, 3,2 faizi ABŞ, 2,3 faizi İtaliya, hər biri 2,0 faiz olmaqla Ukrayna və Yaponiya, hər biri 1,9 faiz olmaqla Türkmənistan və Koreya, hər biri 1,8 faiz olmaqla Birləşmiş Krallıq və Fransa, 1,6 faizi Hindistan, 1,1 faizi Belarus, hər biri 1,0 faiz olmaqla Özbəkistan və Braziliya, 16,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2022-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 7,0 faiz, tütün – 2,6 dəfə, çay – 98,4 faiz, mineral gübrələr – 2,2 dəfə, emal olunmamış alüminium – 66,4 faiz, qara metallardan çubuqlar – 41,7 faiz, qara metallardan borular – 33,1 faiz, sement klinkerləri – 20,9 faiz, bentonit gili – 8,0 faiz artmış, təzə tərəvəz ixracı isə 7,4 faiz, kartof – 14,9 faiz, bitki yağları – 21,6 faiz, şəkər – 60,3 faiz, meyvə və tərəvəz şirələri – 19,0 faiz, meyvə və tərəvəz konservləri – 12,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 15,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 47,8 faiz, pambıq lifi – 32,7 faiz, polietilen – 23,5 faiz, polipropilen – 27,0 faiz, pambıq ipliyi – 40,6 faiz, qara metallardan yarımfabrikatlar – 38,7 faiz azalmışdır. 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2022-ci ilin yanvar-iyul aylarında buğda idxalı 5,1 faiz, təzə meyvə – 10,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 32,9 faiz, unlu qənnadı məmulatları – 12,2 faiz, kartof – 6,1 faiz, quş əti və onun əlavə məhsulları – 22,2 faiz, dərman vasitələri – 29,2 faiz, polad prokatı – 12,3 faiz, məişət kondisionerləri – 34,4 faiz, avtobuslar – 5,1 dəfə, sintetik yuyucu vasitələr – 8,3 faiz, qara metallardan çubuqlar – 26,1 faiz, mebellər – 1,6 faiz, polietilen – 67,5 faiz, qara metallardan künclüklər – 0,4 faiz, polipropilen – 4,0 faiz, sement – 38,7 faiz artmış, bitki yağları idxalı isə 12,9 faiz, xam şəkər – 12,7 faiz, şokolad və şokolad məhsulları – 4,3 faiz, çay – 3,5 faiz, təzə tərəvəz – 28,3 faiz, mal əti – 59,6 faiz, siqaretlər – 85,2 faiz, minik avtomobilləri – 13,4 faiz, qara metallardan borular – 18,3 faiz, hesablama maşınları, blok və qurğuları – 31,2 faiz, yük avtomobilləri – 15,0 faiz, rezin şinlər – 10,7 faiz, mineral gübrələr – 57,6 faiz, paltaryuyan maşınlar – 31,3 faiz, məişət soyuducuları – 37,2 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 26 d. əvvəl
-
-
50 d. əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
55 d. əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
- 2 saat əvvəl
-
15 saat əvvəl
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Ən çox oxunanlar
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır





















