EKOL-un xalis mənfəəti 6 dəfəyə yaxın artıb
"Ekol Mühəndislik Xidmətləri" QSC (EKOL) 2021-ci ili 6 milyon 738 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, QSC 2020-ci ili 1 milyon 165 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Ekol Mühəndislik Xidmətləri"nin xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 5,8 dəfə artıb.
Marja.az xəbər verir ki, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin satışdan gəlirləri 2020-ci ildə 21 milyon 846 min manat ikən, 2021-ci ildə 33 milyon 248 min manata yüksəlib (11 milyon 402 min manat və ya 52,2% artıb ).
2021-ci il ildə EKOL-un cəmi gəlirləri 34 milyon 867 min manat, cəmi xərcləri 28 milyon 129 min manat təşkil edib. 2020-ci ildə Şirkətin cəmi gəlirləri 23 milyon 162 min manat, cəmi xərcləri 21 milyon 997 min manat təşkil etmişdi.
“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor “Lancer Services S.A.” Şirkətinin (49%) pay iştirakı ilə 01.03.2006-cı il tarixində təsis edilmiş, 17.04.2006-cı il tarixdə isə hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir. QSC-nin fəaliyyətinin əsas məqsədi respublikamızın hüdudlarından kənarda və respublika daxilində müasir texnika və texnologiyalardan istifadə edilməklə, ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü layihələr həyata keçirməkdən ibarətdir. 2009-cu ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin və Hollandiyanın “AA Servicess” şirkətinin təsisçiliyi ilə “AAS-EKOL” MMC yaradılmışdır. MMC 01.02.2010-cu il tarixində dövlət qeydiyyatından keçərək tullantıların idarə olunması sahəsində fəaliyyətə başlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)



