Ən güclü batareyaya malikdir, 80 saat istifadə etmək mümkündür - artıq Azərbaycanda satışda!
Sağlamlığa aparan yol ağıllı saatlardan keçir: Samsung Galaxy Watch5 və Galaxy Watch5 Pro artıq satışdadır!(®) Keçən ay Samsung sağlam vərdişlər yaratmağa və sağlam həyat tərzi keçirməyə kömək edən etibarlı və dəbli smart cihazları olan Galaxy Watch5 və Galaxy Watch5 Pro-nun təqdimatını keçirib.
Bu dəfə də Samsung şad xəbərlə qarşınızdadır - Galaxy Watch5 və Galaxy Watch5 Pro smart saatları artıq Azərbaycanda satışa çıxarılıb.
Qeyd edək ki, məhsulları rəsmi Samsung distribyutorlarından əldə etmək olar. Sentyabrın 25-nə kimi Galaxy Watch5 və ya Galaxy Watch5 Pro-nu alan hər kəs, hədiyyə olaraq Galaxy Buds Live qulaqlıqlarını əldə edəcək. Son vaxtlara qədər ağıllı saatlar vaxtı, tarixi göstərmək, hətta addımları saymaq qabiliyyətinə malik hesab olunurdu. Texnologiyaları sevən insanlar isə “elə bu qədər?” soruşurdu. Bu gün ağıllı saatların funksiyaları sizə çox şey etməyə imkan verir. Saatın unikal imkanları sayəsində sağlam həyat tərzi sürmək göründüyündən də asanlaşıb. Hər kəs bilir ki, sağlamlığa gedən yol təkcə idmandan, pis vərdişlərdən imtina etməkdən və sağlam qidalanmadan keçmir. Sağlamlığa gedən yol həmçinin nəticələrin və nizam-intizamın daimi monitorinqindən keçir. Samsung yeni nəsil ağıllı geyilə bilən cihazlarla bunu çox asanlaşdırır. Əvvəlki modellərdən fərqli olaraq, Galaxy Watch5 gündəlik funksiyaları və məqsədlərinizə daha səmərəli şəkildə çatmağınıza kömək edəcək parametrləri təkmilləşdirib. Galaxy Watch5 Pro sapfir kristal və titan korpusu ilə 2 dəfə daha davamlıdır.
Lazım olan xüsusiyyətlər həmişə sizinlədir. “Galaxy Watch5” və “Galaxy Watch5 Pro”ya istifadəçinin sağlamlığının daha dolğun mənzərəsini təqdim edən üç ayrı sensoru birləşdirən innovativ “3-in-1” BioActive sensoru daxildir: optik ürək döyüntüsü, elektrik ürək siqnalı və bioelektrik impedans analizi. Bundan əlavə, istifadəçilər indikatorlardan daim xəbərdar olmaq üçün ürək dərəcəsini və ürək-damar sistemini izləmək imkanına malikdirlər. Bundan əlavə, bu sensor qan təzyiqini birbaşa biləkdən ölçməyə imkan verir.
Ağıllı cihazların əsas funksiyalarından biri bədəndəki yağ və əzələ toxumasının faizi kimi mühüm elementləri ölçməyə imkan verən bədən tərkibinin təhlilidir (BIA). Biləyinizdəki şəxsi məşqçi bədəninizin ağıllı analizini təmin etməklə sağlamlıq məqsədlərinizə çatmağınıza kömək edəcək.
Galaxy Watch5 və Galaxy Watch5 Pro idmanla məşğul olanlar üçün sadəcə mükəmməl vasitədir. Ağıllı Galaxy cihazını taxıb hədəfinizə doğru irəliləmək kifayətdir. Cihazlar avtomatik olaraq bütün növ məşqləri aşkar edir: qaçış, gəzinti, velosiped sürmə, dinamik məşq, üzgüçülük, elliptik məşq və avarçəkmə, həmçinin 90-dan çox əvvəlcədən konfiqurasiya edilmiş fiziki fəaliyyət növlərini dəstəkləyir.
İdmanın sizə həzz gətirəcəyi şəkildə məşq edin və ağıllı saat atılan addımların sayını, yandırılan kaloriləri, qan oksigenini və daha çoxunu izləyəcək. Batareya ilə bağlı narahat olmayın, Galaxy Watch5 Pro geyilən qurğular cərgəsində ən güclü batareyaya malikdir. O, 80 saat normal istifadə və ya aktiv GPS ilə 20 saat fasiləsiz istifadə üçün qiymətləndirilən daha böyük 590 mAh batareya ilə təchiz edilmişdir. Galaxy Watch5-in 40 mm-lik versiyasında 284 mAh batareya, 44 mm-lik versiyada isə 410 mAh batareya var. Hər iki model 40 saatlıq batareyanın işləmə müddəti ilə qiymətləndirilib.
Sağlam yuxu təkcə faydalı deyil, həm də məşq prosesində bərpa elementi kimi böyük rol oynayır. Qabaqcıl yuxu fazasının monitorinqi texnologiyası sizə sağlam vərdişlər formalaşdırmağa və yuxunun növünü müəyyən etməyə imkan verir. Yuxu Hesabı funksiyası yuxu fazalarını hesablamağa və səhər oyanmağınıza kömək etməklə yanaşı, həm də yaxşı yuxuya getməyinizə mane ola biləcək hər cür məlumatı toplayacaq.
Cihazlar haqqında daha ətraflı məlumatı Samsung Azərbaycan saytından əldə edə bilərsiniz: www.samsung.com/az.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
4 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 7 saat əvvəl
-
8 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
8 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
8 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb



















