"Finex Kredit"in xalis zərəri 2,2 dəfə artıb
"Finex Kredit BOKT" ASC 2022-ci ilin 1-ci yarısını 228 min manat xalis zərər ilə başa vurub. Kredit təşkilatı ötən ilin eyni dövrünü 103 min 500 manat, tam 2021-ci ili isə 311 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-ci ilin 1-ci yarısında "Finex Kredit"in xalis zərəri 2,2 dəfə artıb.
GƏLİRLƏRİ AZALIB
Marja.az xəbər verir ki, 2022-ci ilin ilk 6 ayında "Finex Kredit BOKT"un cəmi gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 456 min manat, cəmi xərcləri isə 684 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin ilk 6 ayında "Finex Kredit BOKT"un cəmi gəlirləri 723 min 570 manat, cəmi xərcləri isə 827 min 70 manat təşkil etmişdi.
BU İL KREDİT PORTFELİ KİÇİLİB
Ötən ilin sonunda "Finex Kredit BOKT"un kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3 milyon 569 min manat ikən, 30 İyun 2022-ci il tarixində 3 milyon 450 min manat təşkil edib. 30 İyun 2021-ci il tarixində isə Təşkilatın kredit portfeli 4 milyon 2901 min manat olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
22 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 24 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub

















.jpg)





