ABŞ-ın strateji neft ehtiyatları son 38 ilin ən aşağı səviyyəsinə düşüb
ABŞ-ın strateji ehtiyatlarında xam neft 450 milyon barrelə düşüb. Bu, 1984-cü ilin dekabrından bəri ən aşağı səviyyədir.ABŞ Energetika Nazirliyinin məlumatlarına görə, ABŞ-ın strateji neft ehtiyatlarında xam neft həftəlik 3,1 milyon barrel azalıb (avqustun 26-na olan məlumat).
Marja xəbər verir ki, ölkənin strateji neft ehtiyatlarında xam neft 1984-cü ilin dekabrından bəri ən aşağı səviyyə olmaqla, 450 milyon barrelə düşüb.
ABŞ rəhbərliyi benzin qiymətlərindəki artımın yüksələn inflyasiyanın əhəmiyyətli hissəsini təşkil etdiyini əsas gətirərək, benzinin qiymətini aşağı salmaq üçün müxtəlif tədbirlər həyata keçirməkdədir.
Mart ayında ABŞ prezidenti Co Bayden ölkənin strateji neft ehtiyatlarından 6 ay ərzində gündə 1 milyon barel, ümumilikdə 180 milyon bareldən çox neftin satışına icazə verib.
Ağ Ev iyulun sonunda elan edib ki, ölkə daxilində benzin qiymətlərinin aşağı düşməsinə kömək etmək üçün strateji neft ehtiyatından əlavə 20 milyon barel neft satacaq.
ABŞ-ın energetika naziri Qranholm neft emalı zavodlarını yanacaq ixracını artırmamağa çağırıb
Digər tərəfdən, ABŞ mətbuatında yer alan xəbərlərdə ABŞ-ın energetika naziri Cennifer Qranholmun ölkədəki neft emalı zavodlarını benzin və dizel kimi yanacaq ixracatını bir daha artırmamağa çağırdığı bildirilir.
Xəbərdə Granholmun avqustun 18-də Valero, ExxonMobil və Chevron da daxil olmaqla 7 neft emalı zavoduna məktub göndərdiyi və ölkənin qasırğa mövsümünə daxil olduğu bir vaxtda sözügedən neft emalı zavodlarını yanacaq tədarük etmələrini tələb etdiyi qeyd edilib.
Xəbərdə, neft emalı zavodlarında kifayət qədər ehtiyat yaradıla bilmədikdə Bayden rəhbərliyinin hərəkətə keçə biləcəyi vurğulanıb.
Qeyd edək ki, bu dəqiqələrdə Brent nefti 104 dollardan yüskək qiymətlərə ticarət olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)




