Azərbaycanın iri arıçılıq təsərrüfatı Dünya 3-cüsü oldu - FOTOLAR
Azərbaycanın iri arıçılıq təsərrüfatı “Qinyət oğulları” 24-28 avqust 2022-ci il tarixlərində İstanbul şəhərində keçirilən 47-ci Apimondia Konqresi çərçivəsində baş tutmuş Dünya bal yarışmasında 44 ölkədən 161 iştirakçı arasında 3-cü yeri tutub.
Bu barədə Marja-ya Azərbaycan Arıçılar Assosiyasının sədri Bədrəddin Həsrətov bildirib.
Onun sözlərinə görə, “Qinyət oğulları”nın istehsalı olan bal vizual (rəng, təmizlik, balın səthində toz olmaması), ətir, tekstura (kristallaşma keyfiyyəti) və dad baxımdan qiymətləndirilib. Münsiflər heyətinin yekun qərarına görə, “Qinyət oğulları” balı hər bir kriteriya üzrə yüksək qiymət alıb və yarışda 3-cü yeri qazanıb.
Bədrəddin Həsrətov əlavə edib ki, 47-ci Apimondia Konqresində Azərbaycandan 22 nəfərlik nümayəndə heyəti iştirak edir.
Qeyd edək ki, “Qinyət oğulları” təsərrüfatı Şəkinin Baş Küngüt kəndində fəaliyyət göstərir. Təsərrüfatda 1200 arı ailəsi mövcuddur və il ərzində 20 tondan artıq bal istehsal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)









