Zəngilan hava limanında uçuş yoxlamalarına başlandı
Azərbaycanın işğaldan azad olunmuş ərazisində inşa edilən Zəngilan beynəlxalq hava limanında uçuşların radiotexniki təminatı vasitələrinin uçuş yoxlamalarına başlanmışdır.
"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, uçuş yoxlaması ATR 42-500 biznes-sinif təyyarəsinin göyərtəsində quraşdırılmış tam avtomatlaşdırılmış Aerodata AD-FIS-112 kompleksindən istifadə edilməklə həyata keçirilir.
Qeyd edək ki, AFİS (Aero Flight Inspection System) hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün tətbiq olunan tam avtomatik müasir uçuş nəzarəti sistemidir.
Xatırladaq ki, inşa olunan Zəngilan Beynəlxalq Hava Limanının aeronaviqasiya təminatı üçün lazım olan bütün mühüm beynəlxalq kodlar və ICAO, EUROCONTROL və IATA çağırış siqnalları artıq təyin edilmişdir.
Belə ki, bu kodlar və radiotezliklər hava hərəkətinə xidmətin təmin edilməsi, aviasiya meteoroloji məlumatının yayımlanması, rabitə, naviqasiya, radiolokasiya və digər sistemlərin istismara verilməsi üçün zəruridir.
Bunun sayəsində naviqasiya avadanlığının beynəlxalq sistemə inteqrasiyası və müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyi və yerinə yetirilmə müntəzəmliyi təmin edilir.
Həmçinin Zəngilan Beynəlxalq Hava Limanının uçuşların aeronaviqasiya təminatı üzrə radiotexniki avadanlıqla təchiz olunması tam başa çatdırılmışdır.
Beynəlxalq standartlara uyğun olaraq hava limanında:
- CVOR/DME bucaqölçən və uzaqməsafəli radionaviqasiya avadanlığı quraşdırılmışdır;
- uçuş-enmə zolağında müşahidəni təmin etmək məqsədilə avtomatlaşdırılmış aviasiya meteoroloji sistemi (AWOS), ICAO CAT II kateqoriyası üzrə uçuşların təhlükəsizliyini təmin edən aerodrom işıq siqnalı avadanlığı və uçuş-enmə zolağının hər iki istiqamətində cihazlar üzrə enməyə daxilolma sistemləri quraşdırılmışdır;
- avtomatlaşdırılmış HHİ sistemləri, aviasiya yerüstü və hava rabitəsi vasitələri, həmçinin dispetçer danışıqlarının qeydiyyatı ilə təchiz olunmuş hava hərəkətini idarəetmə qülləsi (HHİ) inşa edilmişdir;
- birinci və ikinci dərəcəli PSR/SSR kanalının radiolokasiya stansiyası quraşdırılmışdır;
- hava limanının elektrik təminatı yarımstansiyaları da inşa edilmişdir.
Zəngilan rayonunda beynəlxalq hava limanının cari ilin sentyabr ayında istismara verilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















