Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi qaydasına dəyişiklik edildi
“Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”na dəyişiklik edilib.
Marja xəbər verir ki, dəyişikliyə görə, kredit hesabatına əsasən, borcalanın kredit öhdəliyi üzrə zamin qismində çıxış edən fiziki və (və ya) hüquqi şəxslərin borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 60 gündən artıq (onların zamin durduqları öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olduqda zəmanət verilməyəcək. Qeyd edək ki, indiyədək kredit öhdəlikləri üzrə gecikmə müddəti 30 gün idi.
Zəmanət veriləcək kreditlər üzrə tələblərə də dəyişiklik edilib. Belə ki, bir kredit üzrə zəmanətin kreditə nisbəti 15%-dən az, 90%-dən (əvvəl 85% idi) çox olmamalıdır.
Digər bir dəyişikliyə görə, zəmanət verilmiş kredit Fondun Himayəçilik Şurasının müəyyən etdiyi qaydada restrukturizasiya edilə bilər. İndiyədək zəmanət verilmiş kredit yalnız bir dəfə restrukturizasiya edilə bilərdi.
Qaydalara aşağıdakı məzmunda 5.2.4-1-ci yarımbənd əlavə edilib:
Zəmanət almaq üçün müvəkkil bank aşağıdakı sənədləri Fonda təqdim etməlidir:
1. kreditin və zəmanətin verilməsinə dair qeydlər, habelə bankın daxili kredit reytinqi modelinin nəticəsi göstərilməklə müvəkkil bankın səlahiyyətli orqanının qərarı;
2. borcalanın maliyyə və əmlak vəziyyətini əks etdirən sənədlər və məlumatlar;
3. borcalanın təsis sənədləri (fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd) və VÖEN-i;
4. borcalanın nizamnamə kapitalında 25% və daha çox iştirak payı olan fiziki şəxslərin, habelə kredit üzrə təminat vermiş fiziki şəxslərin (zaminlərin, girov (ipoteka) qoyanların və s.) şəxsiyyətini təsdiq edən sənədlər;
5. borcalanın hüquqi şəxs olan qanuni təmsilçisi, nizamnamə kapitalında 25% və daha çox iştirak payı olan hüquqi şəxslər, həmçinin kredit üzrə təminat vermiş hüquqi şəxslər (zaminlər, girov (ipoteka) qoyanlar və s.) barədə dövlət reyestrindən çıxarış;
6. borcalanın müvəkkil banka aidiyyəti olan şəxs olmadığını təsdiqləyən və müvəkkil bankın səlahiyyətli nümayəndəsinin imzaladığı sənəd.”;
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
-
21 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
46 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti




























