Hyundai Motorun rəhbəri "ədalətsizliyi düzəltmək üçün" ABŞ-a uçub
Jung Eui Sung avqustun 16-da Joe Biden tərəfindən imzalanan inflyasiyanın azaldılması üçün qanunun "ədalətsiz hissəsini düzəltmək üçün" kömək istəmək niyyətindədir.Cənubi Koreyanın Hyundai Motor Qrupunun sədri Jung Eui-sung, yalnız Şimali Amerikada yığılan elektrik avtomobillərinin alınmasına təşviq nəzərdə tutan ABŞ qanunundan narazılıqları fonunda ABŞ-da səfərdədir.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü Yonhap agentliyi məlumat yayıb.
Məlumata görə, şirkətin rəhbəri çərşənbə axşamı Cənubi Koreyanı tərk edib. Agentlik sənaye mənbələrinə istinadən yazır ki, çox güman ki, o, Nyu-Yorka və ya Vaşinqtona gedib. Onun ABŞ hökuməti və biznes rəsmiləri ilə görüşərək elektrik avtomobillərinin təşviqi ilə bağlı şirkətin mövqeyini çatdırması və inflyasiyanın azaldılması qanununun "ədalətsiz hissəsinin düzəltməsinə köməklik" istəməsi gözlənilir.
Avqustun 16-da ABŞ prezidenti Co Bayden ölkədə inflyasiyanın azaldılmasına yönəlmiş, səhiyyə sahəsində təşəbbüslər və iqlim dəyişikliyi ilə mübarizə də daxil olmaqla 430 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutan tədbirlər paketini imzalayıb. O cümlədən, tədbirlər paketi elektromobillərin alınması üçün 7,5 min ABŞ dollarınadək məbləğdə vergi subsidiyalarının verilməsini nəzərdə tutur. Lakin bu müddəa yalnız Şimali Amerikada yığılmış avtomobillərə aiddir.
Cənubi Koreyanın Hyundai Motor şirkəti və əlaqəli Kia Motor şirkəti Koreya Respublikasında elektrik avtomobilləri istehsal edir və onları ABŞ-a tədarük edir. Qəbul edilmiş qanun ABŞ bazarında Tesla və General Motors tərəfindən təmsil olunan rəqiblərinə üstünlük verir.
May ayında Koreya Respublikasına səfəri zamanı ABŞ prezidenti Co Bayden Jung Eui Sung ilə görüşüb. Cənubi Koreyanın avtomobil nəhəngi daha sonra ABŞ-ın Corciya ştatında elektromobillər və akkumulyatorlar istehsalı zavodunun tikintisinə 5,54 milyard dollar sərmayə qoymaq niyyətində olduğunu açıqlayıb. Yonhap-ın mənbəyə istinadən verdiyi məlumata görə, şirkət qanuna görə planlarını sürətləndirməyi planlaşdırır. Bundan əlavə, Hyundai Motor Alabamadakı zavodda öz elektromobil modellərindən birinin istehsalına başlaya bilər.
Koreya Respublikasının səlahiyyətliləri bu həftə məsələ ilə bağlı Ümumdünya Ticarət Təşkilatına şikayət etməyi nəzərdən keçirəcəklərini bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA







.jpg)





.jpg)








