“Apple Pay” artıq “Expressbank” mobil tətbiqində!
(®) Müasir dünyamızda olan bir çox texnoloji inqilablar maliyyə və bank sisteminə də öz təsirini göstərmiş və bunun məntiqi nəticəsi kimi bir sıra innovativ həllərin də yaranmasına təkan olmuşdur.
“Expressbank” da öz növbəsində ən son texnoloji yenilikləri izləyir və bu müasir innovativ həlləri öz fəaliyyəti isiqamətində uğurla tətbiq etməyə davam edir. Artıq “Expressbank” müştəriləri də bankın “Express24” mobil tətbiqində və ya öz “Apple” cihazından “Apple Pay”ə qoşularaq rahat və təhlükəsiz şəkildə ödənişlərini edə bilərlər.
“iPhone”, “iWatch”, “iPad” və digər “Apple” cihazlarında olan “Apple Pay” innovativ ödəmə funksiyası bütün dünyada insanların ən çox istifadə etdiyi ödəniş üsullarından birinə çevrilmişdir. “Apple Pay”dən istifadə “Expressbank”ın ödəniş kart sahiblərinə ödənişləri daha asan və təhlükəsiz həyata keçirməyə imkan verir. Bunun üçün müştəri sadəcə “Expressbank”ın “VISA” və “MasterCard” plastik kartlarını “Express24” mobil tətbiqi üzərindən və ya “iPhone” da “Wallet” (“pul cüzdanı”) tətbiqinə daxil olmaqla qeydiyyatdan keçirməlidir. Kart “Apple” cihazlarına əlavə olunan andan müştəri həmin cihazla POS-terminallarda, onlayn platformalarda və bir çox digər yerlərdə təhlükəsiz ödəmələr həyata keçirə biləcəkdir.
Plastik kartı “Express24” üzərindən qeydiyyatdan keçirmək üçün mobil tətbiqdə “Apple Wallet”a əlavə etmək istədiyiniz kartı qeyd edib, təsdiq üçün müvafiq düyməyə klik edirsiniz. Daha sonra Sizə birdəfəlik istifadə üçün gələn OTP şifrəsini müvafiq xanaya qeyd edirsiniz və bununla da kartınız “Apple Wallet”də qeydiyyatdan keçmiş sayılır.
“Express24” Mobil tətbiqini yükləmək üçün https://www.expressbank.az/express24-app və “Apple Pay” haqqında digər məlumatlar üçün isə https://www.expressbank.az/other_service/304#app linklərinə keçid edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
7 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 9 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub






















