İnflyasiya əhalinin artan gəlirlərini tamamilə silib
Azərbaycanda 12 aylıq inflyasiya 20,3%, əhalisinin gəlirlərinin artım tempi isə 20% təşkil edib. Beləliklə, inflyasiya əhalinin artan gəlirlərini tamamilə silib.
Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 2022-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20 faiz artaraq 38 milyard 797,2 milyon manata çatmışdır.
Bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 3859 manatlıq gəlir düşmüşdür. Əhalinin sərəncamında qalan gəlirləri 34 milyard 568,7 milyon manat təşkil edib.
2022-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,2 faiz artaraq 827,1 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 3535,3 manat, qeyri neft-qaz sektorunda 775,3 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 774,9 manat, özəl müəssisələrdə isə 886,9 manat olmuşdur.
2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,7 faiz, qeyri-ərzaq malları üzrə 7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,1 faiz artıb.
2022-ci ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin iyul ayına nisbətən 20,3 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)






