Qlobal bank neftin qiyməti üzrə proqnozlarını endirib
Qlobal investisiya bankı "Goldman Sachs" 2022-ci ilin üçüncü və dördüncü rübləri üçün neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıb.
Marja xəbər verir ki, bank 2022-ci ilin üçüncü və dördüncü rübləri üçün neftin qiyməti ilə bağlı proqnozlarını bir barel üçün 140 və 130 dollardan müvafiq olaraq 110 və 125 dollara endirib.
2023-cü il üçün proqnoz dəyişməyərək 125 dollar/barel səviyyəsində qalıb.
Ötən həftənin nəticəsi olaraq Brent markalı neftin qiyməti təxminən 9%, WTI isə təxminən 10% ucuzlaşıb. Hazırda fyuçerslər altı aylıq minimum səviyyələrə yaxındır.
Neft qiymətlərində növbəti ucuzlaşma artan çoxsaylı narahatlıqlar, o cümlədən böhran, Çinin koronavirusa qarşı “sıfır tolerantlıq” siyasəti və ölkənin daşınmaz əmlak sektorundakı vəziyyət, ABŞ-da strateji ehtiyatların sərbəst buraxılması ilə bağlıdır.
Həmçinin "Goldman Sachs"ın ekspertləri bildiriblər: “Biz hesab edirik ki, bütün bu mənfi amilləri nəzərə alsaq belə, neftin qiymətinin artım ehtimalı yüksək olaraq qalır, belə ki, bazar son aylarda gözlədiyimizdən daha böyük defisit vəziyyətindədir”.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 11 saat sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















