İlan balığının adı "Qırmızı Kitab"dan çıxarıldığı üçün ovuna icazə verilib - BALIQ OVUNDA YENİ QAYDALAR
Balıq ovuna icazə müddətləri ilə bağlı dəyişikliklər olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya elmləri doktoru, professor Mehman Axundovun verdiyi xəbərə görə, Nazirlər Kabineti tərəfindən "Balıq və digər su bioresursları ovunun Qaydaları"nda dəyişikliklər edilib. Kvota üzrə balıq ovu üçün tələb olunan sənədlərin siyahısı "Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu"na uyğunlaşdırılıb.
O qeyd edib ki, əvvəlki qaydalardan fərqli olaraq, yeni qaydalar üzrə balıq ovu üçün kvotaya ərizələrin qəbulu müddəti aprelin 1-dək uzadılıb. Bu da müraciətçilərin sayının artmasına və subyektlərin kvotadan daha səmərəli istifadəsinə səbəb olacaq.
"Digər dəyişikliklər isə balıq ovunun müddətləri ilə bağlıdır. Əvvəlki qaydalarda bütün meliorativ kollektorlarda balıq ovuna icazə il boyu ərzində verildiyi halda, yeni qaydalarda həmin kollektorlarda mayın 1-dən sentyabrın 1-dək balıq ovuna qadağa müddəti tətbiq olunub. Bu da kürütökmə dövründə kollektorlara miqrasiya edən balaların kürüləməsinə və nəticədə balıq ehtiyatlarının artmasına xidmət edəcək".
M.Axundovun sözlərinə görə, yeni qaydalara əsasən kilkə ovu üçün müxtəlif dərinlikli pelagik torlardan istifadəyə, eyni zamanda, ilan balığının adının "Qırmızı Kitab"dan çıxarılmasını nəzərə alaraq onun Kür çayı və meliorativ kollektorlarda sənaye ovuna icazə verilib.
Balıq ovu müddətinə dair yeni tələblər müəyyənləşib
Nazirlər Kabineti “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda dəyişiklik edib.
Meliorativ kollektorlarda balıq və digər su bioresursları ovu qaydası dəyişib.
Əgər indiyə qədər meliorativ kollektorların mənsəbində və məcrasında istifadəsi mümkün olan bütün ov alətləri il boyu balıq və digər su bioresursları ovuna icazə verilirdisə, artıq meliorativ kollektorlarda ova icazə verilən müddətlər aşağıdakı kimi olacaq:
- axçalı balıqların ovu - dayanan nevodlar, karavalar, venterlər və axçalı balıq torları - yanvar ayının 1-dən may ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər
- İlanbalığının ovu - venterlər - yanvar ayının 1-dən mart ayının 1-nə qədər və oktyabr ayının 1-dən dekabr ayının 31-nə qədər
- Krevetlərin ovu - venterlər - iyul ayının 1-dən noyabr ayının 1-nə qədər.
Xəzərdə venterlərlə xərçəng və krevet ovunun müddəti isə azaldılıb. Əgər bu müddət indiyə qədər mayın 1-dən noyabrın 1-nə kimi olan dövrü əhatə edirdisə, artıq bu dövr iyul ayının 1-dən noyabr ayının 1-nə qədər olacaq.
Bundan əvvəl yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi Kür çayında atılan diktorbalı torlar və üzən çay torları ilə nərə cinsli və qızıl balıqların ovuna icazə verilirdisə, artıq belə icazə olmayacaq.
Digər yenilik Kür çayında venterlər yanvar ayının 1-dən mart ayının 1-nə qədər və oktyabr ayının 1-dən dekabr ayının 31-nə qədər ilanbalığının ovuna icazə verilməsidir.
Xəzərdə olduğu kimi Mingəçevir, Araz və Varvara su anbarlarında da ixtisaslaşdırılmış ov alətləri ilə xərçəng ovuna icazə müddəti mayın 1-dən noyabrın 1-nə kimi deyil, artıq iyul ayının 1-dən noyabr ayının 1-nə qədər olacaq.
Növbəti yenilik digər su obyektlərində Göl qurbağasının ovuna icazə ilə bağlıdır. Domaca ilə Göl qurbağasının ovu may ayının 15-dən iyul ayının 30-na qədər və sentyabr ayının 1-dən noyabr ayının 1-nə qədər mümkün olacaq.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















