Yeni elektrik avtomobili "Evolute" avqustun sonunda təqdim olunacaq
Rusiya Sənaye və Ticarət Nazirliyi 10 il ərzində bu markalı 242 min avtomobilin istehsal olunacağını gözləyir.Rusiyanın Lipetsk şəhərində fəaliyyət göstərən istehsalçı - "Motorinvest"in yeni elektrik enerjisi ilə çalışan avtomobili "Evolute" 2022-ci il avqustun sonunda onlayn olaraq təqdim olunacaq.
Marja xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Təqdimat avqustun son günlərində onlayn formatda planlaşdırılır", - mətbuat xidmətindən bildirilib.
Bundan əvvəl baş nazirin müavini Denis Manturov bildirmişdi ki, bu ilin üçüncü rübündə “Motorinvest” Lipetsk zavodunda ilk elektromobillər istehsal olunacaq.
Diler şəbəkəsinin doqquz şəhəri əhatə etməsi planlaşdırılır. Bunlar Moskva, Sankt-Peterburq, Nijni Novqorod, Kazan, Krasnodar, Lipetsk, Voronej, Soçi, Rostov-na-Donudur. Eyni zamanda, nazirlik qeyd edib ki, bütün bu regionlarda satışın eyni vaxtda başlanacağını söyləmək hələ tezdir.
Sənaye və Ticarət Nazirliyi 10 il ərzində bu markalı 242 min elektrik avtomobilinin istehsal ediləcəyini gözləyir. Evolute-un qiyməti ilə bağlı məlumatlar hələ açıqlanmayıb. Eyni zamanda, nazirlik qiymətin bu sinif daxili yanma mühərrikli avtomobillər səviyyəsində olacağını qeyd edib.
Daha əvvəl xəbər verildiyi kimi, Sənaye və Ticarət Nazirliyi ilə "Motorinvest", Evolute brendi altında elektrik avtomobillərinin istehsalının təşkilinə 11 il ərzində 13 milyard rubl sərmayə qoyacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























