Dövriyyədə olan nağd pul və bank ehtiyatları daha da artıb
2022-ci ilin iyul ayında Azərbaycanda pul bazası 467.6 milyon manat artaraq 16 milyard 120.4 milyon manata yüksəlib. İyunda pul bazası 769.2 milyon manat artaraq 15 milyard 652.8 milyon manata çatmışdı.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin 7 ayında pul bazası 1 milyard 817.2 milyon manat azalıb. Ötən ilin sonunda pul bazası 17 milyard 937,6 milyon manata çatmışdı.
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası, milyon manat ilə
29.07.2022 16120.4
30.06.2022 15652.8
31.05.2022 14883.6
29.04.2022 14564.5
31.03.2022 14359.6
28.02.2022 13945.6
31.01.2022 14044.2
30.12.2021 17937.6
30.11.2021 14279.1
29.10.2021 14621.2
30.09.2021 14498.7
31.08.2021 14172.3
30.07.2021 14213.4
30.06.2021 13803.0
31.05.2021 13856.8
30.04.2021 13281.6
31.03.2021 13315.0
26.02.2021 12863.0
29.01.2021 12782.0
30.12.2020 13564.2
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
9 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir




















