3-cü ABB Hakatonu keçirildi!
(®) ABB İnnovasiya Mərkəzi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə 3-cü ABB Hakatonunu keçirib.
Hakaton Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Technest” təhsil proqramı çərçivəsində təşkil olunub.
İdeya marafonunda iştirak üçün 257 nəfər müraciət edib, onlardan 187 nəfər iştirak hüququ qazanıb. Yarış 67 komanda arasında gedib.
Ümumilikdə 25 startap komandası seçilərək ABB İnnovasiya Mərkəzinin 3-cü İnkubasiya proqramına qəbul edilib. Proqram 1 avqust 2022-ci il tarixindən başlanacaq. İlk pre-inkubasiya mərhələsinin sonunda 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyənləşərək, mükafatlandırılacaqlar. 3-cü ABB Hakatonunun əsas istiqamətləri rəqəmsal bankçılıq, nağdsız ödəniş infrastrukturunun inkişafı, köçürmələrin optimallaşdırılması və “ƏDV geri al” xidmətinin inteqrasiyası ilə bağlı olub. Digər sahələrə aid innovativ ideyalar da cəlb edilib.
ABB-nin bu hakatonun təşkilində əsas məqsədi ölkəmizdə innovasiya mədəniyyətini və İT ekosistemini inkişaf etdirməkdir. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 19 saat əvvəl
-
-
19 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)







.jpg)





