Rusiya Mərkəzi Bankı faizini yenidən endirib
Rusiya Mərkəzi Bankı istehlak qiymətlərinin aşağı artım tempini nəzərə alaraq faiz dərəcəsini 1,5 faiz bəndi azaladaraq illik 8%-ə endirib.
"22 iyul 2022-ci ildə Rusiya Bankının Direktorlar Şurası əsas faiz dərəcəsini 150 bənd azaldaraq illik 8 %-ə endirmək qərarına gəlib. İstehlak qiymətlərinin cari artım tempi aşağı olaraq qalır və bu, illik inflyasiyanın daha da yavaşlamasına şərait yaradır. İşgüzar aktivliyin azalması iyun ayında Rusiya Bankının gözlədiyindən daha yavaşdır. Rusiya iqtisadiyyatı üçün xarici şərtlər çətin olaraq qalır və iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqda davam edir”, - Rusiya Mərkəzi Bankı açıqlamasında qeyd edib.
Tənzimləyici faiz dərəcəsini orta hesabla 2022-ci ildə illik 10,5-10,8%, 2023-cü ildə 6,5-8,5% və 2024-cü ildə 6-7% diapazonunda proqnozlaşdırır.
Mərkəzi Bank 2022-ci ilin ikinci yarısında faiz dərəcəsinin aşağı salınmasının mümkünlüyünü qiymətləndirəcəyini bildirib.
Rusiya Bankı 2022-ci il üçün illik inflyasiya proqnozunu 14-17%-dən 12-15%-ə qədər yaxşılaşdırıb. 2023-cü il üçün proqnoz isə 5-7% səviyyəsində saxlanılıb.
Baza ssenarisində Rusiya Bankı 2022-ci ilin sonuna kimi illik inflyasiyanın 12-15%-ə düşəcəyini gözləyir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 8 saat sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















