Dövlət qurumları Vilyam Hacıyevdən 7,5 milyon manata yaxın pul tələb edir
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanınan qurumların nümayəndələri çıxış edib.
İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsi çıxışında İH-nə dəyən 6 milyon 641 manat ziyanın ödənilməsini istəyib.
Bundan başqa, İmişli rayon Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi 31 min 267 manat, DOST Agentliyinin nümayəndəsi 674 min manat, İmişli rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi isə 67 min 830 manat zərərinin Vilyam Hacıyevdən tutularaq ödənilməsini tələb ediblər.
Prosesdə daha sonra Vilyam Hacıyevin vəkili Elmar Kərimov çıxış edərək müvəkkilinə verilən ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyini, bir çox şahidin ibtidai istintaq dövründə verdiyi ifadələrin təsdiq etmədiyini qeyd edib. Həmçinin Elmar Kərimova verilən maddələrin bir çoxunun məsuliyyətə cəlb etmə müddətinin keçdiyini bildirib: "Vilyam Hacıyevə odlu silah saxlama maddəsi verilən ittiham da əsassızdır. Mağazadan alınmış sənədləri olan patronlara görə bu ittihamı vermək absurddur. Guya ekspertiza rəy verib ki, hansısa patronda barıt çox olub. Kim mağazada patron alanda gedib laboratoriyada yoxlatdırır?.
Üzərinə həbs qoyulan əmlaklar Vilyam Hacıyev işləməmişdən qabaq alınıb. Vilyam Hacıyev ailəsi əvvəldən müəyyən imkanlara sahib olub. Həbs qoyulan əmlaklar da Vilyam Hacıyevin adına olmayıb".
Vəkil çıxışında Vilyam Hacıyevin səhhətində olan problemləri də məhkəmənin diqqətinə çatdırıb.
Daha sonra Vilyam Hacıyevin digər vəkili çıxış edərək müvəkkilinə verilən ittihamlarla razılaşmadıqlarını bildirib.
Proses iyulun 18-də davam edəcək.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
©️ APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















