Əmtəə qiymətləri iyun ayında pik həddinə çatdıqdan sonra 20 faiz düşüb
Keçən ay bütün zamanların ən yüksək səviyyəsinə yüksələn Bloomberg Əmtəə İndeksi, tənəzzüllə (böhran ilə) bağlı narahatlıqlar ilə əlaqədar olaraq iyun zirvəsindən 20 faiz aşağı düşüb.23 enerji, metal və kənd təsərrüfatı məhsullarını izləyən Bloomberg Əmtəə İndeksi iyun ayındakı zirvəsindən (ən yüksək səviyyəsindən) 20 faiz aşağı düşüb.
Marja xəbər verir ki, iqtisadiyyatlarda yaranacaq tənəzzülün tələbi azaldacağı ilə bağlı narahatlıqlar səbəbindən buğdadan neftə qədər bir çox əmtəə ucuzlaşır.
Əmtəələrun təklifi məhdud olaraq qalsa da, ucuzlaşma yüksək inflyasiya ilə mübarizə aparan istehlakçılara bir qədər rahatlıq verə bilər.
Əmtəə qiymətləri pandemiyanın ilk günlərindən artmağa başlamışdı. Kütləvi dövlət xərcləri və ultra aşağı faiz dərəcələri tələbi artırıb. Həmçinin pandemiya ilə əlaqədar olaraq istehsallar azalıb. Rusiyanın Ukraynaya hücumu da təklifin azalmasına və qiymətlərin daha da yüksəlməsinə səbəb olub.
Dolların bahalaşması da xammalın bahalaşmasına səbəb olub.
ABŞ Federal Ehtiyat Sisteminin (Fed) son 40 ilin ən yüksək səviyyəsində olan inflyasiyanı cilovlamaq üçün faizlərini aqressiv şəkildə artırması və iqtisadiyyatın tənəzzülə girəcəyi qorxusu son günlər əmtəə qiymətlərinin aşağı düşməsinə səbəb olur.
Analitiklər bildirir ki, bazarlar tənəzzüllə bağlı narahatlıqlara həddindən artıq reaksiya verir və əmtəə qiymətləri müharibədən əvvəlki səviyyələrə yaxınlaşır. Gözlənilir ki, Çin iqtisadiyyatı bərpa olunduqdan sonra tələb daha da güclənəcək.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 saat sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















