Rəqəmsal dünyada manipulyasiya və onun digər təsir metodlarından fərqləri
Onlayn mühitdə özümüz barədə könüllü olaraq paylaşdığımız maraqlar, hobbilər, inanclar, arzular, layklar, şərhlər bir sözlə, bütün rəqəmsal ayaq izlərimiz getdikcə daha rahat hesablana və analiz oluna bilir. İlk baxışda sadə görünən bu məlumatlar əslində istifadəçinin xarakterini, zəifliklərini, emosiyalarını, sosial, mədəni, siyasi baxışlarını, hətta ambisiyalarını biruzə verən və manipulyasiya üçün əvəz olunmaz meta datalar sayılır.
Ümumiyyətlə manipulyasiya nədir və təsir etmənin digər növlərindən fərqi nədir?
Manipulyasiya - bir şəxs və ya qrupun öz mənafeyi üçün başqa şəxsin və ya qrupun davranışlarına və qərar verməsinə etdiyi gizli təsir prosesidir. Digər təsir növlərindən fərqli olaraq manipulyasiya prosesi gizli aparıldığı üçün təsir olunan şəxsin əlində manipulyasiyaya uğradığı barədə heç bir sübut olmur. Çünki, manipulyasiya edən tərəf manipulyasiya olunan tərəfin zəifliklərinə, emosialarına və ya arzularına gizli şəkildə təsir edərək onun bu və ya digər qərarı guya özünün verməsinə nail olur.
Təsir etmənin digər növləri sayılan inandırma, məcbur etmə, aldatma, sövq etmə və ya yönləndirmə fəaliyyətlərinin manipulyasiyadan əsas fərqi gizli/dolayı yox açıq/birbaşa formada aparılmasıdır.
İnandırma və manipulyasiya - Təsəvvür edin sağlam həyat tərzinə keçid edib zərərli vərdişlərdən və xüsusən də alkoqol qəbulundan imtina etmək qərarına gəlmisiz və növbəti həftə sonu dostunuz sizi yeyib içməyə dəvət edir. O, vaxtınızın xoş keçəcəyinə, 100-150 qram içməklə heç nə olmayacağına, "həftə sonu hamı içir, biz də istirahət edək" və s. arqumentlərlə təsir etmənin inandırma metodundan istifadə edib qərarınıza təsir göstərir.
Bu arada başqa dostunuz sizin uzun müddətdir ki, artıq çəkidən əziyyət çəkdiyinizi, sağlam həyat tərzinə keçid etməyə çalışdığınızı bilir və öz sosial profilində sizin görə biləcəyiniz formada “alkoqolun insan sağlamlığına mənfi təsirləri” barədə məqalə və ya araşdırma video kontent paylaşır. Bu dostunuzun qərarlarınıza və davranışlarınıza təsir metodu digərindən fərqli olaraq gizli/dolayı edildiyi üçün manipulyasiya hesab edilir.
İkinci misaldan həm də o qənaətə gəlmək olar ki, manipulyasiya xüsusiyyətinə görə iki cür olur: pisməramlı və xoşməramlı.
Aldatma və manipulyasiya – Aldatma təsiri zamanı çevik nəticə almaq üçün fəaliyyət əsasən bir başa aparılır və təsir edənin cəmi bir şansı olur. Misal üçün, işçilərini iş vaxtından artıq işlətmək istəyən menecer onlara əlavə işlədikləri saatlara görə bonus veriləcəyini söz verir, lakin buna əməl etmir.
Manipulyasiya zamanı əsasən kritik hallarda yalan məlumatlardan və dezinformasiyalardan istifadə olunur, lakin burada da manipulyasiya edən şəxs və ya qrup üzə çıxmır. Məlumatı ötürən şəxs və ya mənbə sahəyə buraxılır və qoyulan məqsədə nail olunduqdan sonra qurban verilir. Artıq iş saatlarına görə bonus sözü vərən və yalan danışdığına görə rəhbərliyi tərəfindən işdən qovulan menecer kimi.

Yönləndirmə, sövq etmə və manipulyasiya – Yönləndirmə təsiri metoduna həm də seçim arxitekturası (choice architecture) da deyilir. Buna mağaza vitrinində brendlərin düzgün düzülüşünün seçimlərimizə necə təsir etməsini misal gətirə bilərəm. Manipulyasiya zamanı yönləndirmə təsiri metoduna daha çox onlayn mühitdə rast gəlirik. Axtarış platformalarından istifadə edən zaman bundan öncəki davranışlarımıza və rəqəmsal ayaq izlərimizə uyğun qarşımıza çıxan ilk məlumatlar seçimlərimizə təsir edir. Yadınıza salmağa çalışın axırıncı dəfə nə vaxt Google-un 2-ci və ya 3-cü səhifəsinə keçmisiz?
Ümumiləşdirsək, manipulyasiya həm real həyatda, həm də rəqəmsal mühitdə davranışlarımıza, qərarlarımıza təsir etmək üçün maraqlı qruplar tərəfindən tətbiq edilən pisməramlı və ya xoşməramlı gizli fəaliyyətdir. İstənilən halda belə təsirlərin şəxsi və peşəkar qərarlarımıza mənfi təsir etməməsi üçün vizionumuzda, mövqeyimizdə qərarlı və dəyərlərimizə sadiq qalmağımız vacibdir.
Yeri gəlmişkən, strateji kommunikasiya zamanı məlumatların əl çatanlığının artdığı dövrdə müasir kütlələrin maarifləndirilməsi və məlumatlandırılması üçün əsasən inandırma metodlarından istifadə daha uyğun gəlir. İnandırma zamanı propaqanda və manipulyasiyadan fərqli olaraq, məlumatı qəbul edən tərəfin nəyin doğru, nəyin yanlış olduğunu sərbəst müəyyən etmək, obyektiv seçim etmək və məlumatları etibar etdiyi mənbələrdən əldə etmək imkanı olur.
Müəllif haqqında: Anar Əskərov 10 ildən çox təcrübəsi olan Strateji Kommunikasiya üzrə mütəxəssisdir. O “INPRESS PR Solutions” və MediaPost şirkətinin təsisçisi və CEO-sudur. Onun əsas fəaliyyət istiqaməti yeni media dünyasında müasir alətlərdən istifadə edərək fərdlərə və şirkətlərə brendlərini qurmağa, qorumağa və mesajlarını auditoriyalarına düzgün şəkildə çatdırmağa yardım etməyə yönəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























